Sədi rübailərinin farscadan Azərbaycan dilinə maşın tərcüməsində üslub və ritmin qorunması

Authors

  • Salman Əliyev Naxçıvan Dövlət Universiteti

Keywords:

Sədi Şirazi, rübai, fars–Azərbaycan tərcüməsi, maşın tərcüməsi, poetik üslub, ritm, qafiyə

Abstract

Məqalədə Sədi Şirazinin üç rübaisinin farscadan Azərbaycan dilinə maşın tərcüməsində məna, üslub və ritmin ötürülməsi araşdırılır. Məqsəd poetik obrazların, idiomatik ifadələrin və lirik münasibətlərin tərcümədə hansı dəyişikliklərə məruz qaldığını müəyyənləşdirməkdir. Tədqiqat Ganjoor elektron toplusundan məqsədli seçilmiş üç orijinal mətnin və Google Translate, DeepL və ChatGPT adı ilə qeydə alınmış doqquz tərcümə variantının müqayisəli keyfiyyət təhlilinə əsaslanır. Qiymətləndirmə məna və məntiqi əlaqələr, obraz və üslub, ritmik təşkil, qafiyə və dil axıcılığı üzrə aparılır. Ritmik müşahidələr misra quruluşu və yazıda görünən saitlərin sayı ilə məhdudlaşdırılır. Təhlildə güzgü obrazının itməsi, oxun çiçəklə əvəzlənməsi, fədakarlıq ifadəsinin hərfi anlaşılması və sevgilidən dönməmək fikrinin istiqamətinin dəyişməsi aşkarlanır. ChatGPT variantlarında əsas məna münasibətləri daha ardıcıl saxlanılsa da, obraz detallarının ümumiləşdirilməsi, qeyri-təbii ifadələr, misra uzunluqlarının dəyişkənliyi və qafiyənin bərpa olunmaması müşahidə edilir. Nəticələr leksik uyğunluğun poetik bütövlüyü təmin etmədiyini və məna ilə formanın ayrı meyarlarla yoxlanmasının zəruriliyini göstərir. Məqalənin töhfəsi seçilmiş fars–Azərbaycan nümunələrində semantik dəyişmələri lirik məntiq və formal təşkil ilə əlaqələndirməsidir. Kiçik seçmə, tərcümələrin fərqli kontekstdə hazırlanması və müstəqil ekspert qiymətləndirməsinin olmaması səbəbindən nəticələr sistemlərin ümumi keyfiyyət sıralaması kimi şərh edilmir

Published

2026-10-12

How to Cite

Salman Əliyev. (2026). Sədi rübailərinin farscadan Azərbaycan dilinə maşın tərcüməsində üslub və ritmin qorunması. Foundations and Trends in Modern Learning, (14). Retrieved from https://ojs.scipub.de/index.php/FTML/article/view/9368