Azərbaycanın pedaqoji fikir tarixində Seyid Əzim Şirvani irsi

Authors

  • İsmayılova Aişənur Rafiq qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Ümumelmi fənlər kafedrasının müəllimi, AZƏRBAYCAN, ŞƏKİ

Keywords:

maarifçilik ideyaları, pedaqoji fəaliyyət, təlim-tərbiyə, elmin inkişafı, cəmiyyətin tərəqqisi

Abstract

Azərbaycanın ədəbi və pedaqoji fikir tarixində əsaslı rolu olan şəxsiyyətlərdən biri, şübhəsiz ki, Seyid Əzim Şirvanidir. XIX əsrin marifçi şairi kimi o, təlim-tərbiyə sahəsinə də öz töhvələrini vermişdir. Seyid Əzim Şirvaninin fəaliyyəti sadəcə poeziya ilə məhdudlaşmamışdır. O, xalqın tərəqqisini elmin inkişafı ilə əlaqələndirmiş, marifçi ideyalarını yeni nəsillərə çatdırmaq üçün pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Müəllim obrazının kiçik cəmiyyəti necə formalaşdırdığını dərk edən şair bu peşəni digər peşələrdən üstün tutmuş, marifçi ideyaların yayılmasına xüsusi səy göstərmişdir. Təhsilə bu cür yanaşması XXI əsrdə də onun ədəbi irsininin araşdırılmasına, pedaqoji fikirlərinin hazırki təhsil sistemində də nəzərə alınmasına zəmin yaratmışdır

Published

2025-12-01

How to Cite

İsmayılova Aişənur Rafiq qızı. (2025). Azərbaycanın pedaqoji fikir tarixində Seyid Əzim Şirvani irsi. Foundations and Trends in Modern Learning, (11). Retrieved from https://ojs.scipub.de/index.php/FTML/article/view/7228