Paralel Web-Scraping Fəaliyyətləri üçün Hüquqi və Etik Uyğunluğa əsaslanan Optimal Modelin Tədqiqi Quluzadə Cavid

Authors

  • Quluzadə Cavid Azərbaycan Texniki Universiteti, magistrant, Kompüter elmləri

Keywords:

web-scraping, anti-scraping, etik risklər, GDPR, CAPTCHA, paralel sistemlər, hüquqi uyğunluq

Abstract

Paralel web-scraping sistemləri rəqəmsal informasiya axınının sürətli və miqyaslı şəkildə emalını mümkün etsə də, bu texnologiyanın kommersiya məqsədilə tətbiqi ciddi hüquqi və etik risklər yaradır. Bu tədqiqat, mövcud normativ çərçivəni (xüsusilə GDPR, CFAA və istifadə şərtləri rejimini) və anti-scraping texnologiyalarını sistemli şəkildə təhlil etməklə, uyğunluq yönümlü scraping modelinin qurulması və qiymətləndirilməsi məqsədi daşıyır. Təklif olunan çərçivə hüquqi filtrasiya, etik toplayıcı, telemetriya və təhlükəsizlik əsaslı dayandırma modullarından ibarətdir.
Empirik sınaqlar Cloudflare Turnstile kimi müdafiəli sistemlər üzərində aparılmış və ScrapingFish open benchmark nəticələri ilə müqayisə olunmuşdur. Nəticələr göstərir ki, bu çərçivə ilə CAPTCHA qarşılaşma ehtimalı və serverin cavab gecikmələri əhəmiyyətli dərəcədə azalmış, uğurlu sorğu faizi isə artmışdır. Tədqiqat scraping fəaliyyətlərinin yalnız texniki baxımdan deyil, hüquqi və sosial məsuliyyət baxımından da optimallaşdırılmasının mümkünlüyünü ortaya qoyur.

Published

2025-05-05

How to Cite

Quluzadə Cavid. (2025). Paralel Web-Scraping Fəaliyyətləri üçün Hüquqi və Etik Uyğunluğa əsaslanan Optimal Modelin Tədqiqi Quluzadə Cavid. Foundations and Trends in Modern Learning, (9). Retrieved from https://ojs.scipub.de/index.php/FTML/article/view/6036