Sinifdənxaric oxu dərslərində yeni təlim texnologiyalarından istifadə

Authors

  • X.Ə.Rəfiyeva Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji,Universiteti Şəki filialı

Keywords:

tələffüz, bacarıq və vərdişlər, İKT-dən istifadə, innovasiyalar, əyanilik

Abstract

Dil ünsiyyət vasitəsi olduğundan onu öyrənməkdə başlıca məqsəd bu dildə ünsiyyət qurmaq bacarığına yiyələnməkdir ki, bunun da səmərəli yolu bütün şagirdlərin dərs zamanı xarici dildə mümkün qədər çox danışmasına şərait yaratmaqdır. Ən önəmlisi isə şagirdlərə öyrənilən xarici dildə şifahi nitq vərdişlərinin aşılanması və beləliklə orta məktəbin yuxarı siniflərində ingilis dilini öyrənən şagirdlərə tədris edilən dildən istifadə edərkən əminlik hissini aşılamaqdır. Sinifdənxaric oxu dərsləri şagirdlərin təlim materialları ilə bağlı sinifdənxaric oxusunu stimullaşdırmaq, fəal, sistemli müstəqil işə istiqamətləndirmək, mütaliə və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirmək məqsədi izləyir. Həmin dərs saatlarında şagirdlərin bölmələr üzrə müstəqil oxusuna bir növ baxış keçirilir, hər bir şagirdin maraq və qabiliyyətinə uyğun hazırladığı çıxış dinlənilir, bu və ya digər prob­lem üzrə oxunmuş əsərlərin müzakirəsi aparılır.

Şagirdlər  şifahi  və  yazılı  nitqə  elmi  cəhətdən  yiyələnir, qrammatik  qaydalarla   tanış  olur, dilin  spesifik  xüsusiyyətlərii  öyrənirlər. Xarici dilin tədrisi zamanı şagirdlərdə dilin komponentlərinin (tələffüz, lüğət və qrammatika) və dil bacarıqlarının (oxu, yazı, dinləmə və danışıq) inkişaf   etdirilməsi   diqqət   mərkəzində   durur   və   qiymətləndirmə də müvafiq   olaraq   bu meyarlarla  həyata  keçirilir.

 

Published

2023-11-26

How to Cite

X.Ə.Rəfiyeva. (2023). Sinifdənxaric oxu dərslərində yeni təlim texnologiyalarından istifadə. Foundations and Trends in Modern Learning, (4). Retrieved from https://ojs.scipub.de/index.php/FTML/article/view/2542