FARS DİLİ İNDİKİ ZAMAN FEILİNİN SEMANTİKASI VƏ TƏRCÜMƏSİ

Authors

  • FƏXRƏDDİN EYLAZOV AMEA Naxçıvan Bölməsi

Keywords:

qrammatika, fel, konstruksiya, indiki zaman, tamamlayıcı

Abstract

     Fars dilində indiki zaman felinin inkişaf tarixi bu dilin inkişaf tarixi ilə üst-üstə düşür.Belə ki,bu dilin ən qədim başlanğıc dövrü olan qədim fars dilində indiki zaman felinin işlənməsi halları özünü göstərmişdir. Müasir fars dilindəki indiki zaman felinin də Azərbaycan dilində olduğu kimi,hər üç ümumi zamanla(keçmiş, indiki və gələcək) əlaqədardır. İndiki zaman felinin fars dilinin söz yaradıcılığındakı iştirakını onların ön və son şəkilçiləri qəbul edərək düzəltmə sözlər əmələ gətirməsi ilə əsaslandırmaq olar.

   İndiki zaman felinin bir tərəfdən heç bir dəyişikliyə məruz qalmadan həm substantivləşərək ismin, həm də adverbiallaşaraq zərfin sıralarına daxil olmaqla,digər tərəfdən isə ön və son şəkilçiləri qəbul edərək yeni mənalı sözlər yaratmaqla bu dilin lüğət tərkibinin zənginləşməsinə xidmət edirlər.

  Fars dilində indiki zaman felinin cümlənin bütün üzvləri kimi sintaktik vəzifə daşıya bilir.

    Bu məqalədə fel növləri, indiki zamanın adlandırılma tarixi, qədim mətnlərdəki öncülləri, indiki zamanın quruluşu və növləri, müxtəlif işlənmələri, habelə indiki zaman və tamamlayıcı arasında oxşarlıqlar və fərqlər nəhayət, feli ifadələrin nisbətən ətraflı siyahısı və tərcümə imkanları verilmişdir.

Published

2025-10-13

How to Cite

FƏXRƏDDİN EYLAZOV. (2025). FARS DİLİ İNDİKİ ZAMAN FEILİNİN SEMANTİKASI VƏ TƏRCÜMƏSİ. Academics and Science Reviews Materials, (11). Retrieved from https://ojs.scipub.de/index.php/ASCRM/article/view/6887