ƏDƏBİYYAT DƏRSLƏRİNİN İNTEQRATİV FORMADA QURULMASININ ƏHƏMİYYƏTİ VƏ YOLLARI
Keywords:
ədəbiyyat, fənn, səmərəli, inteqrasiya, şagirdAbstract
Yeni təhsil proqramına verilən əsas tələblər dərsin fəal və interaktiv şəkildə qurulmasıdır – desək səhv etmərik. Müasirləşən dünyanı, sürətli inkişaf edən insan zəkasını artıq köhnə tədris üsulları təmin etmir, tələblərə uyğun olaraq yeni metodlar təklif edilir, sınaqdan keçirilir, pilot layihələr formasında lokal tətbiq olunur, özünü doğrultduqdan sonra standartlara əlavə olunur.
Şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi üçün öyrəndiklərinin həyatla əlaqələndirilməsi çox vacibdir. Buna görə də inteqrativlik yeni təhsil proqramı – kurikulumun əsas prinsiplərindən biri sayılır. Məlumdur ki, yeni təhsil proqramı tərtib olunarkən onun prinsipləri də müəyyən olunmuşdur. Bu prinsiplər aşağıdakılardır:
1.Şəxsiyyətyönümlülük
- Şagirdyönümlülük
- Nəticəyönümlülük
- Tələbyönümlülük
- İnteqrativlik
- Qiymətləndirmə standartları
İnteqrasiya latın dilində “integratio”- “bərpa edilmə, doldurma, yerinə gəlmə, tamamlama”, “unteger” “bütöv, tamam” sözündən götürülmüşdür. 1, s.9.) Yəni öyrənən əldə etdiyi biliyi bütövləşdirmək, tamamlamaq üçün əlaqəli məlumatlara yiyələnir. Aparılan tədqiqatlar təlim marağını artıran əsas vasitələr kimi uyğun elm sahələrinin müəyyən müstəvidə əlaqələndirilməsinin və vahid formada təqdim olunmasını effektiv üsul olduğunu sübut edir. Şagirdlər bir neçə bilik sahəsinin qovşağında, anlayışların əlaqəli sintezində daha səmərəli çalışmaqla yüksək nailiyyətlər əldə edə bilirlər. İnteqrativlik nəzərə alınarkən əsas diqqət yetiriləcək cəhət fənlərin inteqrativ xarakterdə olmasıdır
Published
How to Cite
Issue
Section
License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.