AVROPA ÖLKƏLƏRİNDƏ DİL SİYASƏTİ MƏSƏLƏLƏRİ ( XIX-XX ƏSRLƏR)
Abstract
Avropada, ölkələrin böyük əksəriyyətində dil azlığı mövcuddur. Bu dillərə regional və ya az istifadə olunan dillər deyilir. İnsan hüquqlarının qorunması proseslərinin intensivləşməsi ilə əlaqədar olaraq, bütün digər əsas insan hüquq və azadlıqlarının qorunması məsələləri ilə yanaşı, bir şəxsin dil hüquqlarının dəstəklənməsi problemləri də aktuallaşır. XX əsrin ikinci yarısında Avropa sosiolinqistləri dil siyasəti və dil planlaşdırması məsələlərinə çox diqqət yetirirdilər. Bu dövrdə ikidilli və çoxdilli fenomenlərə elmi maraq artırdı.
Dil vəziyyətinə hüquqi, iqtisadi, sosial-mədəni, psixoloji təsir amilləri araşdırılır. Alimlər və siyasətçilərin birgə işinin nəticələri həm Avropa qitəsinin ayrı-ayrı çoxmillətli ölkələrində dil əlaqələrini tənzimləyən qanunlar və digər sənədlər, eyni zamanda ortaq Avropa statuslu konvensiya və müqavilələrdir.