AZƏRBAYCAN DİLİNİN İNKİŞAF TARİXİNDƏN
Keywords:
Azərbaycan dili, Dilin tarixi, Dövlətçilik, Dilə münasibətAbstract
Dilin cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Dövlətçilik, həmçinin dilin dayağıdır, hərəkətverici qüvvəsidir və cəmiyyətdəki nüfuzunun təminatçısıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkaları genişlənir. Yeni anlayışların ifadəsində daxili imkanlar aparıcı yer tutur. Onun strukturu inkişaf edir, informasiyaların intensiv çatdırılması prosesinə uyğun olaraq yeni ifadə vasitələri sözlər, sözdüzəldici vasitələr, söz birləşmələri və cümlə tipləri formalaşır. Dövlətçiliyin uzun dövrlər ərzində mövcudluğu şifahi və yazılı dil arasındakı vəhdəti yaxşılaşdırır və sabitləşmə yaradır. Dövlətçilik olmadığı təqdirdə nə yaxşılaşmadan, nə də sabitləşmədən söhbət açmaq mümkündür.
Dil dövlətçiliklə müşayiət edildikdə onun ifadə imkanları artdığı üçün nüfuzu da qat-qat artır. Odur ki, dövlətçiliklə müşayiət oluna dildən başqa dillərə sözlər daha çox keçməyə başlayır. Dövlətçilik olmadıqda isə dilin nüfuzu azalır, sözyaratma qabiliyyəti zəifləyir, təsir və təzyiqlərə daha çox məruz qalır. Yeni anlayışların ifadəsində daxili imkanların rolu azaldığı üçün məcburi şəkildə nüfuzlu dillərdən hazır ifadə vasitələri almalı olur. Belə olduqda isə dildə kənar elementlər çoxalır, onun ümumişlək səviyyəsi aşağı düşür. Dil dövlətçiliklə müşayiət olunmadıqda geniş informasiya imkanlarını itirməklə adi məişət dili səviyyəsində qalır. Bu isə onun tədricən cəmiyyətdəki mövqeyini itirilməsinə səbəb olur.