NƏZƏRİ VƏ TƏTBİQİ DİLÇİLİK
Keywords:
dilçilik, nəzəri, tətbiqi, fonetika, praktikAbstract
Dilçiliyin nəzəri və tətbiqi sahələrinin biri digəri üçün zəruridir. Məsələn, müasir dövrdə dil haqqında elmin sahəsi kimi tətbiqi dilçilik dilçiliyin ümumnəzəri əsasları ilə bağlı olub, ondan asılıdır. Dilçiliyin bu iki sahəsi bir-birini tamamlayır. Nəzəri dilçiliyin əsrlər boyu inkişafı əsasında onun bir sıra şöbələri yaranıb müəyyənləşmişdir. Belə müstəqil şöbələr təxminən bunlardır: fonetika, leksikologiya, onomalogiya, frazeologiya, semasiologiya, etimologiya, derivatologiya, morfologiya, sintaksis. Bu şöbələrin hər birinin özünə aid mövzusu, məqsədi və tarixi vardır. Tətbiqi dilçiliyin bir sıra şöbələri formalaşmışdır. Bunlardan ən başlıcaları aşağıdakılardır: qrafika, orfoqrafiya, orfoepiya, leksikoqrafiya və linqvotərcüməşünaslıq [3].