Antroponim və onun dil sistemində yeri

Authors

  • Əliyeva Günel ADPU, XDM, ingilis dili müəllimi

Keywords:

antroponim, universal, leksika, semantik

Abstract

Bütün dillərin adlar sistemində ümumi və xüsusi adlar universal semantik sistem yaradır. Adların adlandırma xarakterinə görə qarşılaşdırılmasına antik filosofların, o cümlədən Frakiyalı Dionisinin (e.ə.II əsr) işlərində rast gəlinir.

Ötən əsrin əvvəllərində Böyük Britaniyada Evelen, Leslie, Robin adlarının oğlanlara verilməsi geniş yayılmışdır. Bu adın qızlara qoyulması halları çoxaldıqdan sonra oğlan adı kimi onlar az istifadə edilir. İngilis dilində cins kateqoriyası olmadığından bu dilin apelyativ leksikasında cinsi fərqləndirmə sözləri azdır. Rus dilində isə morfoloji əlamət adda cinsi ifadə edir. Bu dildə qadın və kişi adları arasında dəqiq sərhəd vardır. Hər iki cins üçün eyni olan adlarda da fərqləndirmə məntiqi izahını tapır: Aleksandr-Aleksandra. İngilis dilində isə eyni adın həm kişiyə, həm də qadına verilməsi halları çoxdur. Bu hal hətta bədii əsərlərdə də qeydə alınır. D.Lodcun “Nise Work” romanında Robin/Robun adını qızın daşıması hadisələrin inkişafında aparıcı xətt olur.

Published

2023-10-08

How to Cite

Əliyeva Günel. (2023). Antroponim və onun dil sistemində yeri. Academics and Science Reviews Materials, (4). Retrieved from https://ojs.scipub.de/index.php/ASCRM/article/view/2210