THE ROLE OF COGNITIVE AND EMOTIONAL FACTORS IN YOUTH ADAPTATION TO SOCIETY

Authors

  • Memmedova Fatime Zaur ORCID: 0009-0001-9213-0392, Azərbaycan Dövlət Pedaqoji Universitet, Ümumi psixologiya kafedrası

Keywords:

Gənclər, emosionallıq, konqnitiv, sosiallaşma

Abstract

Sosial adaptasiya gənclərin cəmiyyətin norma və dəyərlərini qavraması, mənimsəməsi və davranışlarında tətbiq etməsi ilə xarakterizə olunur. Araşdırma zamanı koqnitiv psixologiyanın əsas nümayəndələrinin yanaşmalarına istinad edilərək göstərilir ki, gənclərin sosial mühiti dərk etməsi koqnitiv sxemlər, freymlər, anlama, qarama, təxəyyül, təfəkkür və yaddaş mexanizmləri vasitəsilə həyata keçirilir və bu proses onların cəmiyyətə adaptasiya səviyyəsinə birbaşa təsir göstərir.

Emosional faktorlar emosional sabitlik, özünüdərk, empatiya və emosional intellekt  gənclərin sosial mühitdə davranışlarını tənzimləyən əsas psixoloji mexanizmlərdən biridir. Emosional sabitlik sosial gərginlik və stress şəraitində adekvat reaksiya verməyə, impulsların nəzarətdə saxlanılmasına imkan yaradır, özünüdərk isə gəncin sosial rolları və davranış strategiyalarını real şəkildə qiymətləndirməsini təmin edir. Empatiya və emosional intellekt sosial qarşılıqlı münasibətlərin effektiv qurulmasında, emosiyaların düzgün tanınması və idarə olunmasında mühüm rol oynayaraq gənclərin sosial münasibətlərdə çevik və konstruktiv iştirakına şərait yaradır.          

Koqnitiv və emosional mexanizmlərin qarşılıqlı fəaliyyəti gənclərin sosial informasiyanı qavramasını, mənalandırmasını və ona uyğun davranış reaksiyalarının formalaşmasını təmin edir. Koqnitiv proseslər sosial reallığın dərk edilməsinə xidmət etdiyi halda, emosional mexanizmlər bu reallığa münasibəti və davranışın tənzimlənməsini həyata keçirir. Gənclərin cəmiyyətə uğurlu uyğunlaşması koqnitiv və emosional faktorların balanslı inkişafı ilə şərtlənən, sosial adaptasiya və psixoloji rifahı təmin edən kompleks psixoloji proses kimi qiymətləndirilir.

Published

2026-02-09

How to Cite

Memmedova Fatime Zaur. (2026). THE ROLE OF COGNITIVE AND EMOTIONAL FACTORS IN YOUTH ADAPTATION TO SOCIETY. World Scientific Reports, (12). Retrieved from https://ojs.scipub.de/index.php/WSR/article/view/7810

Issue

Section

Psychological Sciences