Xarici dilin tədrisində Keys metod və onun tədbiqi məsələləri
Keywords:
Keys metod, xarici dil, kommunikativ kompetensiya, təhsil islahatı, mədəniyyətlərarası ünsiyyətAbstract
Ölkəmizin çoxsahəli siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdiyi dövrdə müasir dünyada xarici dilin dövrün tələblərinə uyğun olan səviyyədə tədrisi problemi xüsusi əhəmiyyət kəsb edir. Bu gün xarici dillər ölkəmizin həm orta, həm də ali təhsil müəssisələrində tədris olunur. Onu da qeyd etmək lazımdır ki, qloballaşma dövründə xarici dilləri bilmək vacib şərt kimi irəli sürülür. Ölkəmizdə xarici dillərin öyrənilməsinə olan maraq günü-gündən artmaqdadır. Qloballaşma dövründə xarici dili bilmənin xüsusi rolunu nəzərə alaraq gənclərin bu dilin öyrənilməsinə böyük maraq göstərmələri tam təbiidir. Məhz buna görə də xarici dilin tədrisinə yeni ideyaların və innovativ metodların tətbiq edilməsi olduqca vacib və aktualdır. Təlimdə müxtəlif metod və priyomların tətbiqi tələbələrdə xarici dil üzrə kommunikativ kompetensiyaların formalaşdırılması probleminin nəzəri-praktik baxımdan araşdırılmasında psixoloji, didaktik əsasların müəyyənləşdirilməsinə cavab verir ki, bunlardan da biri Keys metodudur.
Keys metodu mahiyyət etibarilə hadisəni yaradan səbəblərin, onun hərəkətverici amillərinin aşkara çıxarılmasını ehtiva edir. İngiliscədə vəziyyət, hadisə mənalarını verən bu metod, hər hansı bir problemin həllinin kollektiv və ya fərdi axtarışını tələb edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.
 
							