İqtisadiyyatının qeyri – neft sektorunun inkişafına işğaldan azad olunmuş ərazilərin təsiri

Authors

  • Abadov Məsim Kazım oğlu Dosent, Gəncə Dövlət Universiteti

Keywords:

Qeyri-neft sektoru, yeni texnologiyalar, ağıllı kənd, alternativ enerji, gənc mütəxəssislər, yerli kadrlar, aqrar sahə, azad olunmuş ərazilər

Abstract

Son zamanlar Azərbaycanda neft və qaz sahələrinin yenidən canlanmasına, yeni uğurlar gətirməsinə baxmayaraq, qeyri neft sektorunun – xüsusən də aqrar sahənin inkişaf etdirilməsi, Azərbaycan hökumətinin prioritet məsələ kimi diqqətindədir. Bu sahəyə əlverişli və münbit şərait yaratmaq, hər vasitə ilə onun inkişafına dəstək olmaq son vaxtlar xüsusi ilə önə çəkilmişdir. Aqrar sahənin dinamik inkişafı üçün, onun ənənəvi sahələrinin – heyvandarlıq, quşçuluq, pambıqçılıq, ipəkçilik, üzümçülük və bir sıra başqa sahələrin inkişafı üçün dövlət proqramları, hüquqi aktlar qəbul olunmuş, güclü dövlət dəstəyi göstərilmişdir. Bütün bunlarla yanaşı aparılan məqsədyönlü işin istiqaməti ölkəmizin xammal təminatçısından, hazır məhsul istehsalçısına çevrilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Regionlarda yaradılan aqroparklar, iqtisadi zonalar bu istiqamətdə aparılan məqsədyönlü siyasətin bir hissəsidir. Lakin istehsal olunan kənd təsərrüfatı məhsullarının emal olunması, müasir standartlara cavab verən, əhalinin maddi və mənəvi tələbatını ödəyən, dünya standartlarına uyğun hazır məhsul istehsalının qurulması, dövlətimiz tərəfindən qoyulan prioritet məsələlərdən biridir. Bunun üçün müasir avadanlıqların, texnologiyaların gətirilməsi, qurulması, işə salınması, idarəetmənin, iqtisadiyyatın, texnologiyanın tələblərinə cavab verə bilən yüksək səviyyəli mütəxəssis hazırlanması ali və peşə təhsili sahəsində fəaliyyət göstərən təhsil ocaqlarının da üzərinə böyük məsuliyyət qoyur. Bu günün tələbi təkcə xammal bazasını yaratmaq, emal – istehsal sahəsini qurmaq, keyfiyyətli məhsul ərsəyə gətirmək yox, eyni zamanda dünya standartlarına cavab verən, təhlükəsiz, təbii (orqanik) məhsul istehsalını tələb olunan bazar rəqabətinə uyğun qurmaq, ixrac gücünü artırmaq, ölkənin valyuta ehtiyatlarını və əhalinin rifah səviyyəsini qaldırmaqdır.

Published

2023-10-15

How to Cite

Abadov Məsim Kazım oğlu. (2023). İqtisadiyyatının qeyri – neft sektorunun inkişafına işğaldan azad olunmuş ərazilərin təsiri. World Scientific Reports, (4). Retrieved from https://ojs.scipub.de/index.php/WSR/article/view/2274

Issue

Section

Economic Sciences