MƏLUMATLARIN QORUNMASI VƏ KİBERTƏHLÜKƏSİZLİK KONTEKSTİNDƏ SİMSİZ ŞƏBƏKƏLƏRDƏ AUTENTİFİKASİYA METODLARININ TƏHLİLİ
Keywords:
Simsiz şəbəkələrdə təhlükəsizlik, Autentifikasiya metodları, Kibertəhlükəsizlik, Məlumatların məxfiliyi və bütövlüyü, Rəqəmsal transformasiyaAbstract
Müasir dövrdə rəqəmsal transformasiyanın sürətlə inkişafı simsiz şəbəkələrin istifadəsini genişləndirmiş və bu şəbəkələri informasiya mübadiləsinin əsas platformalarından birinə çevirmişdir. Dövlət idarəçiliyi, təhsil, elektron ticarət və digər sosial-iqtisadi sahələrdə simsiz texnologiyalardan intensiv istifadə məlumatların qorunması və kibertəhlükəsizlik problemlərini daha da аktuallaşdırır. Xüsusilə, simsiz mühitin açıq xarakter daşıması icazəsiz girişlər və məlumat sızıntıları üçün potensial risklər yaradır. Bu baxımdan autentifikasiya mexanizmləri şəbəkə təhlükəsizliyinin əsas elementlərindən biri kimi çıxış edir.
Məqalədə simsiz şəbəkələrdə tətbiq olunan autentifikasiya metodlarının təhlükəsizlik baxımından təhlili aparılır və onların məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının təmin edilməsindəki rolu araşdırılır. Tədqiqat çərçivəsində parol əsaslı, sertifikat əsaslı və protokol səviyyəsində həyata keçirilən autentifikasiya yanaşmaları müqayisəli şəkildə qiymətləndirilir. Hər bir metodun üstünlükləri, məhdudiyyətləri və potensial təhlükəsizlik riskləri müəyyən edilir. Aparılan təhlillər göstərir ki, düzgün seçilmiş və effektiv tətbiq olunan autentifikasiya mexanizmləri simsiz şəbəkələrdə kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə və rəqəmsal mühitdə məlumatların etibarlı qorunmasına əhəmiyyətli töhfə verir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.