QƏRB ALYANSININ MÜHARİBƏDƏ UKRAYNAYA DƏSTƏYİ
Keywords:
Rusiya Federasiyası, Ukrayna, Qərb Alyansı, münaqişəAbstract
Litvanın Vilnüs şəhərində 2023-cü ilin iyulunda NATO sammiti keçirilmişdir. Sammitdə Ukraynanın alyansa üzvlük məsələsi və Qərb dövlətlərinin Kiyevə davamlı dəstəyi baxımından əhəmiyyətli məsələlər işıqlandırılmışdır. Sammitdə NATO-nun genişlənməsi istiqamətində İsveçin üzvlüyünün dəstəklənməsi kimi mühüm məsələyə imza atıldı. İki ölkə arasındakı münaqişə davam etdiyinə görə Ukraynaya rəsmi dəvət verilməsə də, dövlətin qarşıdakı zaman müddətində üzv olması və təhlükəsizlik təmin edilməsi ətrafında müzakirələr aparıldı. NATO müttəfiqləri hərbi xərclərin ÜDM-in ən azı 2 faizi səviyyəsində saxlanması barədə razılığa gəldilər. ABŞ və Almaniya iki ölkənin münaqişəsi ətrafında aparılan bu müzakirəyə ehtiyatlı yanaşsa da, bir çox Avropa ölkələri Ukraynaya daha tez NATO yolu açılmasını istəyir. Stoltenberq isə Ukrayna üçün Üzvlük Fəaliyyət Planının ləğvini təklif etdi. Keçirilmiş Vilnüs sammiti NATO-ya üzv dövlətlərin Rusiya Federasiyasının separatçı işğalı qarşısında birliyini və sistemliliyini nümayiş etdirir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.