ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏDRİS PROSESİNDƏ TƏDQİQAT İŞLƏRİNİN ROLU

Authors

  • Nərminə Mehdiyeva Azərbaycan Dövlət İqtisad Universiteti

Keywords:

elmi – tədqiqat işləri, nəzəri tədqiqat, empirik tədqiqatlar, eksperiment, ümumiləşdirmə

Abstract

Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr güclü gələcək naminə milli və beynəlxalq platformalarda elm və texnologiya sahəsində rəqabət apara bilən gəncləri yetişdirməyə, qarşılaşdıqları problemlərin öhdəsindən asanlıqla gəlmək potensialı yaratmağa, araşdırma bacarıqlarını formalaşdırmağa çalışır. Bu səbəbdən uşaqlarda erkən yaşda elmi baxış bacarığını formalaşdırmaq məqsədi ilə aparılan tədqiqat-sorğu və praktikalara üstünlük verilir. Elmi nöqteyi-nəzərdən uğur qazanan gənclərdən tədqiqat sorğulama, tənqidi düşüncə, problemlərin həlli və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirmələri, ömür boyu öyrənən olmaları, yaxın və uzaq mühitlərinə dair maraq hissini qorumaları gözlənilir.

Mövzunun araşdırılmasında qarşıya qoyulan məqsəd ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkilinin və idarə edilməsinin qanunauyğunluqları, prinsipləri, anlayışları, terminologiyası, məzmunu, spesifik xüsusiyyətləri haqqında biliklərə yiyələnməkdir. Ölkədaxili və xarici alimlərin müasir nailiyyətləri əsasında elmi tədqiqatların aparılması  tarixi aspektləri, nəzəri təminatları, texnologiyaları, praktiki metod və üsullar haqqında biliklər əldə etməyi asanlaşdırır və əldə olunan nəticələrin təhlili, alınan məlumatların işlənməsi, informasiya texnologiyalarından istifadə edərək məntiqli effektiv qərarların əldə edilməsi üçün mövzu seçmək bacarığına yiyələnməyə zəmin yaradır.

Published

2025-05-26

How to Cite

Nərminə Mehdiyeva. (2025). ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏDRİS PROSESİNDƏ TƏDQİQAT İŞLƏRİNİN ROLU. Theoretical Hypotheses and Empirical Results, (10). Retrieved from https://ojs.scipub.de/index.php/THIR/article/view/6285