Öyrənməyə müsbət motivasiyasının yaradılmasında müəllimlərin rolu
Keywords:
müəllim, şagird, motivasiya, əməkdaşlıqAbstract
Şagirdlərin öyrətmə fəaliyyəti motivasiyasında müəllimin şəxsi keyfiyyətləri, qarşılıqlı anlama uğurun başlıca şərti hesab olunur. Bu zaman müəllim məktəblilərlə əlaqə yaradır, təlim prosesində yaranan çətinlikləri aradan qaldırmağa çalışır.
Əgər müəllim təhsilalanların mürəkkəb dünyasını anlayarsa, onda o, öyrənənin çətin anlarında ona kömək edə biləcək, inanılacaq insana çevriləcək ki, bu da məktəblilərdə öz gücünə inam formalaşdırır, özünə yüksək qiymət verir və öyrənmək həvəsini daha da artırır.
Şagirdlərin akademik uğur qazanmasına müəllim-şagird əməkdaşlığının təsiri də önəmlidir. Müəllim-şagird əməkdaşlığı şagirdlərin sosial və emosional inkişafı ilə məhdudlaşmır. Tədqiqatlar sübut edir ki, demokratik əməkdaşlığa əsaslanan müəllim-şagird münasibətləri həm də məktəblilərin akademik nailiyyətlərinin artmasına səbəb olur. Qayğıkeş və mehriban davranış sərgiləyən müəllimlərin şagirdləri bir qayda olaraq akademik uğur göstərir, məktəbə müsbət münasibət nümayiş etdirir və öyrənməkdə özlərinə güvən hissi də dayanıqlı olur. Əksinə, müəllimindən qayğı və ehtiram görməyən şagirdlər daha tənha və özlərinə qapalı olur, sərbəst bir iş görməkdə çətinlik çəkir və akademik uğur göstəriciləri aşağı olur. Təlimdə uğur qazanan şagirdlərin çoxu bu uğurda müəllimlərinin payı olduğunu sözsüz qəbul edir. Onlar müəllimlərlə əməkdaşlığı müsbət akademik nəticə əldə etmələrinin önəmli mexanizmi hesab edirlər.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.