MARKETİNQ SİSTEMİNDƏ MƏHSUL SİYASƏTİ, AYRI-AYRI MƏHSUL BAZARLARI VƏ ONLARIN İNKIŞAFINI MÜƏYYƏN EDƏN AMİLLƏR

Authors

  • Hacıyeva Nüşabə Azərbaycan Texnologiya Universiteti
  • Talıbova Lamiyə magistrant Azərbaycan Texnologiya Universiteti

Abstract

Məhsul siyasəti. Məhsul marketinq kompleksinin əsas tərkib hissəsi olub, bazar tələbi və məhsul siyasətinin formalaşmasını zəruri edir.

Məhsul siyasəti çeşidin formalaşması və idarə edilməsi üzrə məqsədyönlü tədbirlərin əvvəlcədən düşünülmüş davranış metod və prinsiplərini və ya konkret fəaliyyət proqramını özündə əks etdirir. Ölkədə, o cümlədən müəssisədə elmi cəhətdən əsaslandırılmış məhsul siyasətinin aparılması təsadüfi və ya keçici cari amillərin təsiri nəticəsində çeşidin qeyri-sabit quruluşuna səbəb ola bilər.

Ümumiyyətlə, məhsul siyasəti-müəsisənin məhsul çeşidinin formalaşması, məhsul nişanı (marka adının verilməsi), qablaşdirma vasitələrinin hazırlanması və servis xidməti sahəsində fəaliyyətdir.

Qeyd etmək lazımdır ki, məhsulun keyfiyyət göstəricilərinin yaxşılaş­dırılması onların istehlakçıların tələblərinə uyğunluğuna, rəqabət­qabiliyyətinin səviyyəsinin yüksəlməsinə, bazarda həyat tsikli dövrünün uçotuna, elmi-texniki tədqiqinin nailiyyətlərindən istifadəyə və s. əsaslanır.

Elmi cəhətdən əsaslandırılmış və bazarın tələblərinə uyğun olaraq aparılan məhsul siyasəti yalnız çeşidin yeniləşməsi prosesinin optimallaşdırılmasına deyil, həm də müəssisəyə rəhbərlik üçün ümumi istiqaməti müəyyən etməyə imkan verir.

Published

2024-04-01

How to Cite

Hacıyeva Nüşabə, & Talıbova Lamiyə. (2024). MARKETİNQ SİSTEMİNDƏ MƏHSUL SİYASƏTİ, AYRI-AYRI MƏHSUL BAZARLARI VƏ ONLARIN İNKIŞAFINI MÜƏYYƏN EDƏN AMİLLƏR. Theoretical Hypotheses and Empirical Results, (6). Retrieved from https://ojs.scipub.de/index.php/THIR/article/view/3245