ƏRZAQ İSTEHLAKI BAZARININ İDARƏEDİLMƏSI SİSTEMİNİN FORMALAŞMASININ METODOLOJİ SƏPKİLƏRİ
Abstract
Ərzaq məhsullarının istehlak bazarının idarə olunması mexanizmi formalaşdırılarkən qeyd edilən ticarət formatına iqtisadi və təşkilati üsullarla təsir göstərilir və həmin üsullar onun səmərəli fəaliyyət göstərməsinə, bazar subyektlərinin maraqlarının təmin olunmasına xidmət edir.
Hesab edirik ki, iqtisadi idarəetmə üsulları iqtisadi cəhətdən məqsədyönlü şəkildə idarəetmə obyekti kimi bazarın fəaliyyətinə təsir üsullarının məcmusu kimi diqqəti cəlb edir. İqtisadi üsulların məcmusu xidmətlərin satılmasına çəkilən xərclərin, istehlak bazarının fəaliyyətinin nəticələrinin nisbətinə əsasən ölçülür, xidmətlərin satılmasının mənfəətliliyin təmin edir.
Müəllif tərəfindən ərzaq bazarının idarə olunması sisteminin formalaşdırılması üçün iqtisadi üsullar içərisindən üç parametrdən istifadə edilməsi təklif edilir: qiymət, investisiya, kredit. Həmin indikatorların optimal uzlaşdırılması sözügedən ticarət formatında zəruri mənfəətin əldə edilməsinə, bazar resurslarının istifadə edilməsinin səmərəliliyinin yüksəldilməsinə səbəb olur.
Qiymət yanaşmasında azad qiymətlər bazarında ayrı-ayrı məhsullara tələb və təklifin təsiri altında qiymətlərin qoyulması nəzərdə tutulmuşdur. Lakin istehlak bazarında qiymət siyasəti diferensial olaraq nəzərdən keçirilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.