Azərbaycan landşaftlarının tibbi-geokimyəvi xüsusiyyətlərinin qiymətləndirilməsi

Authors

  • Əliyeva Şəfəq Məmməd qızı ADPU-nun Şəki filialı, müəllim

Abstract

Geokimyəvi şəraitin ətraf mühitə, burada yaşayan canlılara və xüsusəndə insan sağlamlığına təsirinin öyrənilməsi yaşadığımız dövrün ən aktual məsələlərindən biridir. Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsinin mühüm şərti kimyəvi elementlərin yerdəyişməsinə onların mövcudluq (tapılma) formaları, həmçinin biosferin müxtəlif hissələrində elementlər arasında dəyişən qarşılıqlı münasibətlər nəzərə alınmaqla, müasir atom-ion səviyyəsində baxılma zərurətidir.

Kimyəvi elementlərin və onların birləşmələrinin zəhərliliyi yalnız konsentrasiyadan deyil, həm də onların biosferdəki mövcudluğunun formasından, çox vaxt isə növündən asılıdır. Belə ki, torpaqlarda əksər kimyəvi elementlər mineral formada olur. Mineral nə qədər çətin həll olunandırsa, onu təşkil edən kimyəvi elementlər orqanizmlər üçün o qədər az ələ keçə – mənimsənilə biləndir və deməli, hətta yüksək konsentrasiyalarda belə, onların zəhərli təsiri azdır.

Süxurların müxtəlif tiplərində kimyəvi elementlərin təbii paylanması həddindən artıq qeyri-bərabərliklə fərqlənir. Orqanizmə düşən hər hansı kimyəvi element müəyyən konsentrasiyada və mövcudluq (tapılma) formasında zəhərli ola bilər. Qeyd etmək lazımdır ki, insan da daxil olmaqla, bütün canlı orqanizmlər üçün «faydalı» və «zərərli» kimyəvi element yoxdur. Orqanizmin normal inkişafı üçün bütün elementlər – biosferin müxtəlif hissələrində onların yalnız müəyyən konsentrasiyalarında və mövcudluq formalarında olduqda – vacibdir. Həm də bəzi elementlər böyük, digərləri isə az konsentrasiyalarda lazımdır.

Published

2023-09-04

How to Cite

Əliyeva Şəfəq Məmməd qızı. (2023). Azərbaycan landşaftlarının tibbi-geokimyəvi xüsusiyyətlərinin qiymətləndirilməsi. Theoretical Hypotheses and Empirical Results, (4). Retrieved from https://ojs.scipub.de/index.php/THIR/article/view/2066