Bitkilərin məhsuldarlığının artırılmasında gübrələrin rolu və plansız gübrə verilməsinin ekoloji fəsadlarının qiymətləndirilməsi(fosfor gübrəsi)

Authors

  • Əliyeva Şəfəq Məmməd qızı ADPU-nun Şəki filialı, müəllim

Keywords:

gübrə, meliorasiya, fosfor, məhsuldarlıq, torpağın çirklənməsi

Abstract

Meliorasiya kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmağın əsas şərtlərindən biridir, eləcə də onların becərilməsində vacib həlqə gübrələrin tətbiq edilməsidir. Bu təəccüblü deyil, ona görə ki, aqrosenozların funksiyası özü külli miqdarda biogen elementlərin ayrılmasına əsaslanır.

Belə ki, müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsulları ilə torpaqlardan 17- 67 kq N, 1 - 27 kq P2O5 və 2 - 114 kq K (Deqodyuk, 1988) alınır, buna görə də itən qida maddələrinin daimi ekvivalent kompensasiyası verilməlidir. Gübrələrin (xüsusilə üzvi gübrələrin) istifadəsi əsas və əlavə məhsulda aqrosenozlardan aparılan qida elementlərini dövriyyəyə cəlb edir, beləliklə də məhsuldarlıq prosesinin müəyyən olunmuş davamlılığını təmin edir. Qida elementlərinin kompensasiyası çox aktual problemdir. Gübrələr hələ bizim eranın I əsrində tətbiq olunurdu. Belə ki, Qədim Romada ərazinin relyefini nəzərə almaqla tarlalara peyin daşınırdı: 25%-i duz olan torpaqlara 18 araba, təpələrə 24 araba daşınırdı.

ABŞ mütəxəssisləri müxtəlif faktorların kənd təsərrüfatının məhsuldarlığına təsirini öyrəniblər. Belə ki, gübrə 41 %, herbisidlər 15-20%, münbit torpaqlar 15%, hibrid toxumlar 8%, suvarma 5%, digər faktorlar 11-16% təsir göstərir.

Published

2024-08-11

How to Cite

Əliyeva Şəfəq Məmməd qızı. (2024). Bitkilərin məhsuldarlığının artırılmasında gübrələrin rolu və plansız gübrə verilməsinin ekoloji fəsadlarının qiymətləndirilməsi(fosfor gübrəsi). Scientific Research and Experimental Development, (7). Retrieved from https://ojs.scipub.de/index.php/SRED/article/view/4064