MAŞIN ÖYRƏNMƏSİNİN SƏNAYƏ İDARƏETMƏ SİSTEMLƏRİNİN TƏHLÜKƏSİZLİYİNDƏ İSTİFADƏSİ
Keywords:
Maşın Öyrənməsi, SCADA, SİS, SOC, Süni İntellektAbstract
Sənaye İdarəetmə Sistemlərinə (SİS) qarşı uğurlu hücumların sayının tədricən artması nəticəsində yaranan proses anomaliyalarının dəqiq və vaxtında aşkar edilməsi üçün müdafiə mexanizmlərinin yaradılmasına ehtiyac yaranmışdır. Maşın öyrənmə alqoritmlərindən istifadə etməklə bu cür yanaşmalar SİS-də yerləşdirilmiş proses dinamikasını və idarəetmə strategiyalarını avtomatik öyrənə bilər. SİS təhlükəsizliyi üçün AI əsaslı həllərin tətbiqinin əsas üstünlüklərindən biri real vaxt rejimində cavab və fəaliyyətdir. Maşın öyrənməsinə əsaslanan alətlər hadisə baş verdikdə təhlükəsizlik işçilərinin qərar qəbul etməsini gözləməyə ehtiyac duymur. SOC (Təhlükəsizlik Əməliyyatları Mərkəzi) resursu anomaliya barədə xəbərdarlıq edilməmişdən əvvəl onlar istənilməyən hadisələri aşkar edə və təhlükəyə dərhal cavab verə bilirlər. Stabil modellərdən istifadə edildiyi və nümunə məlumatları mümkün qədər müxtəlif olduğu müddətdə aşkarlama xətalarını əhəmiyyətli dərəcədə azaldaraq, bu sistemlərin mövcud sistemlərə gətirdiyi dəqiqliyi vurğulamalıyıq.
Üstünlüklərə baxmayaraq, şəhər miqyaslı zavodlar üçün maşın öyrənməsindən istifadə edərək yaradılan detektorların istifadəsi və yerləşdirilməsində əhəmiyyətli çətinliklər və tətbiqi problemləri mövcuddur
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.