İngilis dilində müraciət formaları
Keywords:
Müraciət formaları, xitab, başliqlar, regional xüsusiyyətlərAbstract
Dildə müraciət formalarının sabit və qəlip şəklində olması insanlara ünsiyyəti asan qurmaq imkanı verir.Müraciət formalarından istifadə olunmaması insanlarla ünsiyyət zamanı bir çox çətinliklər doğurur.Müxtəlif xalqların müxtəlif müraciət formaları mövcuddur. Fransızlar soyadın və ya vəzifənin əvvəlində kişiyə “monsieur” (müsyö), qadına “madame” (madam), gənc qıza və evli olmayan qadına “mademoiselle” (mademazel, mademuazel) deyirlər. Bu məqsədlə ispanlar senor, senora, senorita, italyanlar signore, signora, signorina, almanlar herr, frau və fraulein-dir. (indi frau həm evli, həm subaylara, fraulein isə əsasən uşaq və ya yeniyetmə qızlara aid edilir) müraciət formalarından istifadə edirlər. İngilis dilində də uğurlu ünsiyyətə imkan yaradan geniş yayılmış müraciət formaları mövcuddur: .adla”name” və xüsusi başlıqla “title” ifadə oluna bilir. Adla ifadə olunduqda şəxsin bütöv adından 1)“full name” for ex:Richard Fliyd Nickson,do you know where we are?, ilk adından 2)“first name” for ex: Do you have a book,Robert?, ləqəbdən 3)“nickname” istifadə olunur.For ex: Jonny , there is something I have to tell you.Başlıqlardan isə ailə münasibətləri ilə bağlı başlıq1) “title concerning family relationship” for ex: All right,children.You have to do father”s orders,peşə adlarından 2)“title of occupation” -insanlara onların peşəsi, sənəti və elmi səviyyəsinə görə də müraciət edilir: məsələn, hörmətli musiqiçilərə “maestro” və ya “doktorluq” (PhD) elmi dərəcəsi olanlara, həmçinin həkimlərə “doctor” (dr) deyə müraciət edilirfor ex: operator,Could you please put through call to America?,rütbələrdən 3)“title of rank”for ex: You are right, capitan.Hörmət əlaməti olaraqdan isə bəzən muraciət formasının 4)“honorifies” növündən istifadə olunur.For ex:Your Royal Highness,twenty-four hours.They can not be blank.Bəzi hallarda isə başlıq və ad eyni anda istifadə oluna bilir.5)”Title plus name” for ex : Doctor Smith. Qarşı tərəfə müraciət etmək üçün bir sıra söz qruplarından istifadə olunur. For ex:Oh , darlings, You dogs, fellow və.s..Müxtəlif ölkələrdə müraciət formalarının işlənmə xüsusiyyətləri fərqlidir.Bir sıra variantları mövcuddur.1) “Region difference”(əraziyə görə fərqlilik) –“ ma’am” müraciət forması Amerikanın şimal və cənubunda müxtəlif mənalarda işlədilir. Cənubi Amerikada bu ifadənin işlədilməsi qarşı tərəfin dediyi sözü yenidən təkrar etməyə sövq edir.Məsələn: A: “could you tell me where bank is?”, B: “ Ma’am”. A: “Could you tell me where bank is?” B:”Near the palace”. Həmçinin bu ifadə “thank you” ifadəsinin əvəzində işlədilə bilir. 2) “Sex Variation”(cins müxtəlifliyi)- İngilislər kişiyə “mister” (qısaca: mr), evli və ya dul qadına “missis” (mrs), subay qadına “miss” (mis), evli olub-olmadığı nəzərə alınmırsa, “ms” (miz) deyə müraciət edirlər. “Mister” ifadəsi “master” (usta, ustad) sözündən, qadınlara aid müraciət formaları isə “mister” sözünün qadın cinsi qarşılığı olan (və əvvəllər istifadədə olan) “mistress” sözündən əmələ gəlib. Yüksək vəzifə sahiblərinə müraciətdə “mister” ifadəsi ad və ya soyadın deyil, vəzifənin önündə işlənilir, məsələn, mr President. Oxşar halda qadınlara madam deyə müraciət olunur. 3)”Race variation”(irqi müxtəliflik)- Müraciət formalarında fərqlilik ağlar və qaralar arasındada mövcuddur.Məsələn:ağ insanlar qaralara müraciət edərkən yalnız adlarını,qara insanlar isə ağlara müraciət edərkən mütləq onların vəzifəsini qeyd etməlidirlər.