Müasir İngilis və Azərbaycan dillərinin fonosistemində fonemlərin artikulyasiyasındakı fərqli və oxşar xüsusiyyətlər

Authors

  • Allahyarova Könül Qalib qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Şəki filialı

Keywords:

samit, sait, fonem, artikulyasiya, məxrəc, fonetika, danışıq səsləri

Abstract

Hər dilin özünə məxsus fonetik quruluşu, başqa sözlə, səs tərkibi vardır.  Məhz buna görə də hər hansı bir xarici dili öyrənmək üçün həmin dilin fonemlərini də mükəmməl bölmək lazımdır. Ingilis dili mütəxəssislərindən Q.P.Torsuev diqqəti səs quruluşunun və tipik tələffüz formalarının mənimsənilməsinin zəruri olduğuna cəlb edir və haqlı olaraq yazır: “Şagirdlərdə düzgün tələffüzün müəyyən eşitmə obrazlarını, vərdişlərini yaratmaq lazımdır. Çünki dili öz səs cildindən kənarda təsəvvür etmək mümkün deyil.” Qeyd etmək lazımdır ki, müxtəlif dillərin səs tərkibləri arasındakı fərq də müxtəlifdir. Lakin elə dillər də vardır ki, onların səs tərkibi Azərbaycan dilinin səs tərkibindən ciddi surətdə fərqlənir. Məsələn, Azərbaycan və İngilis dillərində bir-birinin eyni olan bir dəfədə olsun sait və samit yoxdur. Məhz buna görə də bu dillərin səs tərkibinin müqayisəli surətdə öyrənilməsi spesifik mahiyyət kəsb edir. Belə ki, həmin dillərin danışıq səsləri arasındakı fizioloji fərq bir çox hallarda Azərbaycan dilində danışanlar üçün vərdiş edilməmiş məxrəc xüsusiyyətləri ilə bağlı olur. Məsələn, Azərbaycan dilində bir dənə də olsun apikal məxrəcli kipləşən, saf samit yoxdur və bu məxrəc, ümumiyyətlə, Azərbaycan dili səslərinə xas deyildir. Bundan başqa, Azərbaycan dilinin nəinki kipləşən saf samitləri içərisində, ümümiyyətlə, bütün samit fonemlər sistemində kakuminal məxrəcli səs mövcud deyil. Deməli, Azərbaycan və İngilisn dillərində olan səslərin nəinki müəyyən filoloji fərqləri, hətta bir çox hallarda bütöv məxrəc fərqləri vardır. Azərbaycan və İngilis dili samitlərini müqayisə edərkən, ayrı-ayrı səslərin fizioloji xüsusiyyətlərini müəyyənləşdirməklə yanaşı, bir sıra ümumi məsələlər də qeyd edilməlidir. Məsələn, məxrəc (artikulyasiya) və onun növləri (apikal, dorsal, kakuminal) haqqında müəyyən məlumat vermək lazım gəlir. Belə bir şərhin verilməsinin İngilis və Azərbaycan samitləri arasındakı ümumi fərqləri göstərmək üçün də əhəmiyyəti böyükdür.   

Açar sözlər: samit, sait, fonem, artikulyasiya, məxrəc, fonetika, danışıq səsləri

Published

2023-06-19

How to Cite

Allahyarova Könül Qalib qızı. (2023). Müasir İngilis və Azərbaycan dillərinin fonosistemində fonemlərin artikulyasiyasındakı fərqli və oxşar xüsusiyyətlər. Scientific Research and Experimental Development, (3). Retrieved from https://ojs.scipub.de/index.php/SRED/article/view/1751