RƏQƏMSAL İQTİSADİYYATDA İNFORMASİYA DİZAYNININ YENİ YANAŞMALARI
Keywords:
informasiya dizaynı, iqtisadi təhlil, süni intellekt, biznes intellektAbstract
Müasir rəqəmsal iqtisadiyyat şəraitində informasiya dizaynı iqtisadi təhlil və idarəetmə proseslərinin səmərəliliyini müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. İnformasiya axınlarının sürətlənməsi, məlumat həcminin kəskin artması və qərarvermə proseslərinin rəqəmsallaşması yeni informasiya dizaynı yanaşmalarının formalaşmasını zəruri etmişdir. Bu baxımdan təqdim olunan tədqiqatın əsas məqsədi rəqəmsal iqtisadiyyatda informasiya dizaynının müasir inkişaf istiqamətlərini təhlil etmək, onun əsas texnoloji və metodoloji komponentlərini müəyyənləşdirmək, həmçinin bu yanaşmaların iqtisadi təhlil və qərarvermə proseslərinə təsirini qiymətləndirməkdən ibarətdir.
Tədqiqatda bir sıra informasiya texnologiyalarının informasiya dizaynında yaratdığı dəyişikliklər sistemli şəkildə araşdırılır. Xüsusilə interaktiv vizuallaşdırma vasitələri, biznes intellekt sistemləri və dashboard platformalarının iqtisadi məlumatların strukturlaşdırılması və interpretasiyasında rolu vurğulanır. O cümlədən istifadəçi yönümlü dizayn yanaşmasının iqtisadi analitik sistemlərdə qərarvermə davranışına təsiri təhlil edilir. Nəticə etibarilə, rəqəmsal iqtisadiyyatda informasiya dizaynının yeni yanaşmaları iqtisadi təhlilin keyfiyyətini artırmaqla yanaşı, daha çevik, dəqiq və sübuta əsaslanan qərarvermə mexanizmlərinin formalaşmasına mühüm töhfə verir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.