Azərbaycan Müəssisələrində İnformasiya Texnologiyalarının Biznes Strategiyasına İnteqrasiyası və Rəqabət Üstünlüyünün Praktik Qiymətləndirilməsi

Authors

  • İsgəndərli Səkinə Magistrant , Azərbaycan Dövlət İqtisad Universiteti

Keywords:

informasiya texnologiyaları, rəqəmsal transformasiya, biznes strategiyası, rəqabət üstünlüyü, ERP, CRM

Abstract

Müasir iqtisadiyyatda informasiya texnologiyalarının (İT) biznes strategiyasına inteqrasiyası müəssisələrin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Tədqiqatın məqsədi Azərbaycan müəssisələrində İT-nin tətbiq səviyyəsini və onun rəqabət üstünlüyünə təsirini praktik aspektdən qiymətləndirməkdir. Tədqiqatın obyekti ölkədə fəaliyyət göstərən iri, orta və kiçik müəssisələr, predmeti isə İT alətlərinin biznes strategiyalarına inteqrasiyasıdır. Tədqiqat 2015–2025-ci illəri əhatə edir və müqayisəli təhlil, statistik analiz, keyfiyyət yanaşması və case-study metodlarından istifadə edilmişdir. Əsas dəyişənlərə məhsuldarlıq, xərclər, bazar payı və müştəri məmnuniyyəti daxildir. Nəticələr göstərir ki, ERP, CRM, bulud texnologiyaları və süni intellektin tətbiqi əməliyyat xərclərini azaltmaqla yanaşı, qərar qəbuletmə sürətini artırır və innovasiyaları stimullaşdırır. Praktik nümunələr bu texnologiyaların müəssisələrdə səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəltdiyini sübut edir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, İT inteqrasiyası rəqabət üstünlüyünün əsas mənbələrindən biridir. Tövsiyə olunur ki, müəssisələr rəqəmsal transformasiyaya daha çox investisiya yönəltsin, dövlət isə bu sahədə dəstək mexanizmlərini genişləndirsin

Published

2026-04-06

How to Cite

İsgəndərli Səkinə. (2026). Azərbaycan Müəssisələrində İnformasiya Texnologiyalarının Biznes Strategiyasına İnteqrasiyası və Rəqabət Üstünlüyünün Praktik Qiymətləndirilməsi. Research Retrieval and Academic Letters, (12). Retrieved from https://ojs.scipub.de/index.php/RRAL/article/view/8231