Böyük Verilənlərin biznes qərarlarının qəbuluna təsirinin təhlili
Keywords:
böyük verilənlər, qərar qəbuletmə, məlumat analitikası, biznes strategiyası, risklərin idarə edilməsiAbstract
Rəqəmsal texnologiyaların sürətli inkişafı məlumat artımının sürətinə görünməmiş dərəcədə təsir etmişdir. Bu, Böyük Verilənlər (Big Data) konsepsiyasının biznes mühitində geniş istifadəsinə səbəb olmuşdur. Böyük Verilənlər analitikası müəssisələrə müxtəlif məlumat dəstlərinin emalında çox böyük imkanlar yaratmışdır. Bu isə, xam verilənlərin qərar qəbuletmə prosesinə kömək edən faydalı məlumatlara çevrilməsinə imkan verir, dəqiq proqnozlar verməyə, bazar tendensiyalarını anlamağa və daha yaxşı rəqabət üstünlüyü əldə etməyə şərait yaradır. Bundan əlavə, böyük verilənlərin təhlili potensial riskləri və qeyri-müəyyənlikləri əvvəlcədən müəyyən etməklə müəssisələrə riskləri idarə etməyə kömək edir. Beləliklə, böyük verilənlərin təhlili müasir müəssisələrdə qərar qəbuletmə prosesinin vacib bir hissəsinə çevrilmişdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.