RƏQƏMSAL TRANSFORMASİYA ŞƏRAİTİNDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏDƏNİYYƏTİ: YENİ RİSKLƏR VƏ İDARƏETMƏ STRATEGİYALARI
Keywords:
rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyi mədəniyyəti, kibertəhdidlər, risklərin idarə olunmasıAbstract
Rəqəmsal transformasiya dövründə informasiya təhlükəsizliyi mədəniyyəti təşkilatların və cəmiyyətlərin davamlılığını təmin edən əsas faktorlar arasında yer almışdır. Bu tədqiqatın məqsədi rəqəmsal transformasiyanın yaratdığı yeni riskləri, kibertəhlükələrin genişlənməsini və onların idarə olunması üçün tətbiq olunan müasir yanaşmaları araşdırmaqdır.
Araşdırmanın obyekti rəqəmsal transformasiya prosesləri və onların informasiya təhlükəsizliyinə təsiri, predmeti isə təhlükəsizlik mədəniyyətinin inkişafı, risklərin idarə olunması metodları və beynəlxalq standartların tətbiqidir. Tədqiqat ISO/IEC 27001:2022 standartı, ENISA-nın hesabatları və müasir elmi mənbələrin müqayisəli təhlili əsasında həyata keçirilmişdir.
Nəticələr onu göstərir ki, rəqəmsal transformasiya yeni texnologiyalarla birlikdə ciddi kiberrisklər də gətirir. ISO/IEC 27001:2022 standartı risklərin idarə olunması üçün sistemli çərçivə təqdim edir, beynəlxalq təcrübə isə qlobal uyğunluq və davamlılığın artırılmasına töhfə verir.
Beləliklə, rəqəmsal transformasiya mühitində informasiya təhlükəsizliyi mədəniyyəti yalnız texniki tədbirlərlə kifayətlənməyib, sosial, psixoloji və beynəlxalq yanaşmalarla da dəstəklənməli, gələcək tədqiqatlar isə süni intellektlə idarə olunan hücumların qarşısının alınması və adaptiv təhlükəsizlik modellərinin inkişafına yönəlməlidir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.