ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN TƏHSİL-ELMİ PROSESİNDƏ KADR POTENSİALININ İNKİŞAFI

Authors

  • Zülfiyyə Qənbərova Azərbaycan Dövlət İqtisad Universiteti, magistrant

Keywords:

Ali təhsil, insan resursları, elmi məhsuldarlıq, kadr potensialı, təhsil-elmi prosesi, pedaqoji inkişaf, tələbə inkişafı

Abstract

Məqalədə ali təhsil sisteminin inkişafı və bu inkişafda insan resurslarının rolu araşdırılır. Ali təhsil müəssisələrinin təhsil-elmi proseslərində kadr potensialının inkişafı təhsilin keyfiyyətinin və elmi məhsuldarlığın artırılmasında mühüm rol oynayır.

Təhsil sisteminin inkişafı sosial-iqtisadi sferanın inteqrasiyası, əmək bazarının qloballaşması və innovasiyaların inkişafı kontekstində həyata keçirilməlidir. Bu proseslərin nəticəsi olaraq ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların peşə fəaliyyətinin yaradıcılıq xarakteri yüksəlir, kollektiv yaradıcılığın əhatə dairəsi genişlənir, tədris prosesində müstəqillik artır. Ali təhsilin gələcək perspektivləri yüksək ixtisaslı kadrların hazırlanmasına və onların peşəkar səriştəsinin inkişafına yönəlib.

Məqalədə insan resurslarının inkişafında təhsil, elm və biznesin qarşılıqlı əlaqəsinin əhəmiyyəti vurğulanır. Təhsil-elmi prosesin layihələndirilməsi tələbələrlə professor-müəllim heyəti arasında qarşılıqlı əməkdaşlıq yolu ilə həyata keçirilir ki, bu da təhsil və elmin inteqrasiyasına gətirib çıxarır. Ali təhsil müəssisələrinin məqsədi təhsil prosesində şəxsiyyətlərin inkişafını təmin etmək və gələcək peşə fəaliyyətlərində daha yüksək nailiyyətlər əldə etmələrinə dəstək olmaqdır. Bu məqalə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və insan resurslarının inkişafı üçün mövcud yanaşmaların təhlilinə yönəlib.

Published

2025-05-19

How to Cite

Zülfiyyə Qənbərova. (2025). ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN TƏHSİL-ELMİ PROSESİNDƏ KADR POTENSİALININ İNKİŞAFI. Research Retrieval and Academic Letters, (9). Retrieved from https://ojs.scipub.de/index.php/RRAL/article/view/6199