Azərbaycanda turizm bazarının təhlili və qiymətləndirilməsi

Authors

  • Xəyal Pərviz oğlu Dadaşov Bakı Biznes Universirtinin 1-ci kurs magistrantı, Biznesin təşkili və idarəedilməsi (marketinq sahəsində)

Keywords:

turizm, tələb, təklif, turist, təşkilatlar, turizm aktivliyi

Abstract

Mövzunun aktuallığı:İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki,turizm iqtisadi inkişafa  təsir göstərən əsas amillərdəndir.O,dövlət büdcəsinin formalaşmasında ,ticarət balansının sabitləşməsində mühüm rol oynayır.Müasir inteqrasiya şəraitində turizmin inkişafına maraq göstərən ölkələrin sayı artdıqca turizm bazarında müəyyən rəqabət mühiti formalaşır ki,bu da turizmin inkişaf problemləri,onun iqtisadi və regional aspektlərinin tədqiqat obyekti kimi seçilməsini zəruri edir.Respublikamızda turizm xidməti bazarın real inkişaf perspektinin müəyyənləşdirilməsi üçün,turizm iqtisadiyyatının vacib nəzəri və praktiki aspektlərin dərindən və kompleks şəklində öyrənilməsi zəruriliyi yaranır.Azərbaycanda turizmin inkişafının hüquq bazasının əsası 27 iyul 1999-cu ildə qəbul edilmiş “Turizm haqqında “qanunun qəbulu ilə qoyulmuşdur.Lakin turizmin ölkə iqtisadiyyatında mühüm yer tutması “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbulu “və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə baş verdi.Ölkəmizin turizm sahəsində beynalxalq əlaqələri əsasən ,2001-ci ildə Azərbaycan Ümumdünya Təşkilatına tam hüquqlu üzv qəbul edilməsindən sonra qurulmağa başlanmışdır.Bu əlaqələr ikitərəfli və çoxtərəfli olmaqla həm beynəlxalq təşkilatlar ,həm də xarici ölkələrdə yaradılıb.İslam Konfransı Təşkilatı,Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,GÜOAM,ESKAP,MDB uzvlərinin turizm şurası və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində turizm sahəsi üzrə ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf etdirilir.

Tədqiqatın məqsədi:Dissertasiyanınn məqsədi Azərbaycanda turizm bazarını təhlil etmək və doğru qiymətləndirməkdir.

İstifadə olunan elmi işə aid üsullar:Turizm bazarının formalaşması amillərini öyrənmək,təlabatların yaranma üsullarını təhlilm etmək,turistlərin kontingent kimi sosial-demoqrafik xarakteristikasını aşkara çıxarmaq,lokal və qlobal strategiyanı hazırlamaqdır.

Tədqiqatın informativ xarakteri:turizm bazarının təşkili və idarəedilməsinin elmi bazasını və onun  təkmilləşdirmək istiqamətlərini əsaslandırmaqdır.Turizm bazarında bazar infrastrukturu mövcud olmalıdır.Bu infrastruktura turizm xidməti tədarükçüləri ,yerləşmə vasitələri,qidalanma müəssisələri,nəqliyyat vasitələri,topdansatış müəssisələri,pərakəndə satış (turagentlər)vasitələri,turizm xidməti istehlakçıları daxildir.

Dissertasiyanın innovasiyası və təcrübi məsələləri:Turizm bazarı dörd əsas elementin qarşılıqlı əlaqədə olduğu sistemdir.Bunlar turist tələbi,turist məhsulunun təklifi,qiymət və rəqabətdir.Turizm bazarının  qiymətləndirilməsinin metodoloji əsaslarını bilmək,beynəlxalq turist axınlarının səmtini müəyyən etməkdir.

Nəticələrin və tətbiq sahələrinin praktiki əhəmiyyəti:Elmi işin göstəricisi və praktiki əhəmiyyəti verilmiş məsələnin  aktuallığı ilə bağlı müəyyənləşdirilir.Dissertasiyanın elmi dəyəri turizmin ölkə iqtisadiyyatında rolu və hansı sahələrdə uğurlu olduğunu göstərilməsini tədqiq etməkdir

Published

2024-07-08

How to Cite

Xəyal Pərviz oğlu Dadaşov. (2024). Azərbaycanda turizm bazarının təhlili və qiymətləndirilməsi . Research Retrieval and Academic Letters, (6). Retrieved from https://ojs.scipub.de/index.php/RRAL/article/view/3939