QUYULARIN QAZILMASINDA QUYUDİBİ MÜHƏRRİKLƏRİN NÖVLƏRİ VƏ TƏTBİQ ÜSULLARI

Authors

  • ÖMƏROVA AYTƏN ŞƏMSƏDDİN QIZI ADNSU, “Neft-qaz mühəndisliyi” kafedrasının dissertandı, ADNSU, “Neft-qaz mühəndisliyi” kafedrasının laboratoriya müdiri

Keywords:

quyudibi mühərrik, turbin qazıyıcısı, qazıma məhlulu, turbin mühərriki, vintli spiral

Abstract

Quyudibi mühərriklər neft və qaz hasilatında qazma proseslərinin ayrılmaz hissəsidir. Onlar quyunun dibində yerləşdirilərək qazma alətini hərəkətə gətirmək məqsədilə istifadə olunur. Bu mühərriklər əsasən mexaniki enerjini fırlanma hərəkətinə çevirərək qazma effektivliyini artırır.

Bu işdə quyudibi mühərriklərin əsas növləri – turbin mühərrikləri, həcmli (pozitiv yerdəyişməli) mühərriklər, və elektruk mühərrikləri təhlil edilir.

Hər bir mühərrik növünün iş prinsipi, üstünlükləri və tətbiq sahələri müqayisəli şəkildə araşdırılmışdır. Nəticədə göstərilir ki, müxtəlif geoloji şərait və texniki tələblərə uyğun olaraq mühərrik növünün düzgün seçilməsi qazma prosesinin səmərəliliyinə və təhlükəsizliyinə mühüm təsir göstərir.    

Published

2025-04-28

How to Cite

ÖMƏROVA AYTƏN ŞƏMSƏDDİN QIZI. (2025). QUYULARIN QAZILMASINDA QUYUDİBİ MÜHƏRRİKLƏRİN NÖVLƏRİ VƏ TƏTBİQ ÜSULLARI. Research Reviews, (9). Retrieved from https://ojs.scipub.de/index.php/RR/article/view/5945

Issue

Section

Technical Sciences