BAYRONUN “QABİL” POEMASINDA VƏ H.CAVİDİN “İBLİS” FACİƏSİNDƏ İBLİS SURƏTLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Keywords:
İblis surəti, Hüseyn Cavid, Bayron, İngilis Romantizmi, axili münaqişə, ədəbiyyatda şər obrazıAbstract
Bu məqalədə dünya və Azərbaycan ədəbiyyatının iki böyük klassik əsərində – Corc Qordon Bayronun “Qabil” poemasında və Hüseyn Cavidin “İblis” faciəsində yer alan İblis obrazlarının müqayisəli təhlili aparılır. Əsərlərdə İblis yalnız mifik və dini bir obraz deyil, həm də insanın daxili dünyasında baş verən mənəvi sarsıntıların, əxlaqi zəifliklərin və daxili ziddiyyətlərin simvolu kimi təqdim olunur. Bayronun “Qabil”ində İblis, insanın azadlıq axtarışını manipulyasiya edən, onu qardaş qatili edən metafizik qüvvədir. Hüseyn Cavidin “İblis”ində isə bu obraz daha çox insanın içindəki mənəvi boşluğun, mənəviyyatsızlığın təcəssümüdür. Müəlliflər fərqli dövrlərə və cəmiyyətlərə mənsub olsalar da, İblis obrazı vasitəsilə bəşərin mənəvi faciələrini, zülmətə yuvarlanmasının səbəblərini bədii-fəlsəfi dərinliklə əks etdirmişlər. Məqalədə həmçinin qeyd olunur ki, bu əsərlərdə İblisin əsas gücü insanın öz daxilindən, zəifliklərindən qaynaqlanır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.