ORTA MƏKTƏBDƏ ƏDƏBIYYAT DƏRSLƏRINDƏ ƏSƏRIN KOMPOZISIYASININ ÖYRƏNILMƏSI
Keywords:
bədii əsər, kompozisiya, süjet, ədəbiyyat, dərs, mətn, problem, oxucu, müəllim, şagird, tərtib, yaradıcılıq, ədəbi, təhsil, komponent, element, təhlil, yazıçıAbstract
Məqalədə ümumtəhsil məktəblərində ədəbiyyat dərslərində bədii əsərlərin kompozisiyasının öyrənilməsi problemi araşdırılır. Məqalədə qeyd olunur ki, ədəbiyyat dərslərində bədii əsərlərin kompozisiyasının öyrənilməsi aktual metodik problemlərdəndir. Kompozisiya seçilmiş həyat hadisələrinin bədii əsərdə bir-biri ilə əlaqələndirilməsinə və müəyyən bir sistemdə qrulmasına deyilir. Kompozisiya bədii mətndə real həyatın bədii əksinin, insan xarakterlərinin yaradılmasının mühüm vasitəsidir. Yazıçı seçdiyi həyat materiallarını pərakəndə, sistemsiz şəkildə deyil, ardıcıllııqla, düşünülmüş xətt üzrə təsvir və inkişaf etdirir. Kompozisiya əsərin mühüm komponenti olub, yazıçı niyyətinin oxucuya çatdırılmasında böyük rol oynayır. Əsərin bədii sənətkarlığının göstəricisi olan kompozisiya real varlığın , həyat həqiqətlərinin bədii əsərdə əks etdirilməsinin mühüm vasitələrindəndir. Sənətkar həyatda müşahidə etdiyi hadisələri əsərdə Ədib əsərdə peyzaş, hadisələr, obrazlar sistemini kompozisiya vasitəsilə əlaqələndirir, müəyyən sistemə salır.Bədii əsərin kompozisiyasında hadisələrin başlanğıcı, inkişafı, sonluğu mühüm yer tutur
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.