İşgüzar bazarlarda istehlakçı davranışı ilə marketinq strategiyaları arasında qarşılıqlı asılılıq

Authors

  • İbrahimov Ramiz
  • Hacıyeva Nüşabə
  • Məmmədova Ayşən

Abstract

  İşgüzar bazar (biznes-bazar) özündə sonradan satılan, icarəyə verilən və ya istehlakçılara çatdırılan başqa əmtəə və xidmətlərin istehsalında istifadə edilən məhsul və xidmətləri əldə edən bütün təşkilatları əks etdirir. İşgüzar bazarın əsas sahələrinə kənd, meşə və balıqçılıq təsərrüfatı, dağ-mədən sənayesi, inşaat, nəqliyyat və rabitə, kommunal təsərrüfat, bank, maliyyə və sığorta işi, xidmət sferası aid edilir. 

  Ümumi halda, işgüzar bazarda təşkilati tədarükatın həcmi və onunla əlaqədar pul axınları istehlakçı bazarının müvafiq göstəricilərini üstələyir. Misal üçün, bir cüt qadın ayaqqabısının hazırlanması prosesini nəzərdən keçirək. Dəri ticarətçisi onu dabbaqçıya (gön istehsalı mütəxəssisi), o da öz növbəsində aşılanmış dərini ayaqqabı istehsalçılarına verməlidir. Ayaqqabı istehsalçıları hazır məhsulu topdan satış ticarətçilərə satışını təşkil edir, onlar isə məhsulu pərakəndəsatış ticarətçilərə satırlar, buradan isə məhsul son istehlakçıya satılılır. Ancaq malgöndərmələr zəncirinin hər bir iştirakçısı, təkcə satıcı deyil, həm də alıcı rolunda çıxış edərək dəridən başqa çoxlu sayda başqa əmtəə və xidmətlər də əldə etməlidirlər. Alıcıtəşkilatların işini asanlaşdırmaq üçün bir çox ticarət təşkilatları internetdən istifadə edirlər. 

Published

2025-01-06

How to Cite

İbrahimov Ramiz, Hacıyeva Nüşabə, & Məmmədova Ayşən. (2025). İşgüzar bazarlarda istehlakçı davranışı ilə marketinq strategiyaları arasında qarşılıqlı asılılıq. Progress in Science, (8). Retrieved from https://ojs.scipub.de/index.php/PS/article/view/5055

Issue

Section

Economic Sciences