ƏDƏBİYYAT TƏLİMİNDƏ ƏNƏNƏVİ VƏ FƏAL/İNTERAKTİV TƏLİM METODLARININ QARŞILIQLI ƏLAQƏDƏ TƏTBİQİ YOLLARI
Keywords:
təlim metodları, tədiqatçılıq, interaktiv təlim, fəal təlim, üsullar, vəznAbstract
Ötən əsrin sonlarından etibarən bütün dünyada, eləcə də Azərbaycanda təhsilə yeni baxışlar meydana gəldi. Təlimdə interaktivlik müəlim-şagird arasındakı qarşılıqlı aktiv əlaqə kimi qiymətləndirilir. Tədqiqatlar göstərmişdir ki, bu gün təlim zamanı istifadə olunan interaktiv metodların bir çoxu biliyi qavrama prosesini daha sadə edərək şagirdlərdə təlim materiallarını təhlil etməyə, verilmiş tapşırıqları müstəqil şəkildə çevik işləməyə, öz yaradıcı yanaşmalarını şərh etməyə, həyati biliklər əldə etməyə, sinifdə konstruktiv münasibətlər qurmağa, bərabərhüquqlu müəllim-şagird əməkdaşlığını yaratmağa imkan verir. Fəal təlimdə istifadə edilən iş üsullarının sayı 500-dən çoxdur, hazırda ölkəmizdə bu iş üsullarından 50-dən çoxu tətbiq olunmaqdadır. Fikrimizcə, bəzi iş üsullarını zənginləşdirmək və təzə elmi çalarla təkmilləşdirmək lazımdır, çünki zaman keçdikcə dövrün tələbinə uyğun olaraq təhsilin məzmununda baş verən dəyişikliklər və yeniliklər yeni təlim metod və üsulların meydana çıxmasını zəruri edir. Bugünlərdə inkişaf etmiş ölkələrin ümumtəhsil məktəblərində yeni təlim üsullarından, daha səmərəli metod, priyom, vasitələrdən [4] istifadə olunur.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.