Heydər Əliyev nitqinin qüvvəsi
Keywords:
emosional, nitqin qüvvəsi, ideal nitq, ardıcıllıq, məntiqlilikAbstract
Düşmən üzərində qələbənin müxtəlif üsulları vardır. Bu üsulardan biridə nitqdir. Dəfələrlə Ümummilli liderimiz Heydər Əliyevin məntiqli, hökmlü nitqi ilə düşmən susdurulub, dünya xalqlarının diqqəti Azərbaycana yönəlib. Çünki ümummilli liderimiz Heydər Əliyevin nitqi dolğunluğuna, ecazkar təsir qüvvəsinə görə fenomen səciyyə daşıyır. Qeyri-adilik, müstəsnalıq mənalarını özündə birləşdirir. Nitqin fenomenallığı onun ideal olması ilə bir bərabərdə tutulur. İdeal nitq üçün ən əlamətdar cəhət odur ki, məntiqliliyin, ardıcıllığın, anlaşıqlılığın, aydınlığın bütün parametrləri öz əksini tapmış olsun. Heydər Əliyevin yaşadığı həyat yolu, fəaliyyəti, xalq sevgisi əvəzsiz örnək olduluğu kimi nitqidə etalomdur. Onun nitqi tərbiyə məktəbidir, vətənpərvərlik örnəyidir. Heydər Əliyev nitqinin böyüklüyü, ucalığı, canlılığı bütün nitqlərində özünü təcəssüm etdirir, hər bir fikrində duyunur görünür. Məsələn:”Hər bir şəxs müstəqil Azərbaycan Respublikasında dövlət orqanında bir yüksək vəzifəyə yüksəlirsə, onun borcu o vəzifəni layiqincə yerinə yetirməkdən və göstərilən etimadı doğrultmaqdan ibarətdir; Yenə deyirəm, mən çox təəsüf edirəmki, bəzi adamlar yüksək vəzifəyə təyin-olunduqdan 6 ay, 1 il sonra dəyişirlər. Onların həyat tərzində də, duruşunda da, geyimində də birdə görürsən ki, cürbəcür xoşagəlməz dəyişikliklər əmələ gəlir, cürbəcür iddialara düşürlər, cürbəcür ambisiyalarla yaşamağa başlayırlar. Hesab edirlərki, ona verilən bu vəzifə azdır, bir azda bundan çox olmalıdır. Ancaq fikirləşmirlər ki, axı bu etimadı doğrultmaq üçün sən nə etdin?