Gələcəyə yönəlmiş kodlama elmi və onun öyrənilməsi üsulları

Authors

  • Mətanət Həsənquliyeva Kompüter mühəndisliyi” kafedrası, Texnika üzrə fəlsəfə doktoru, Dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan, ORCID: https://orcid.org/0000-0002-7454-3396
  • Pərviz Əlizadə Kompüter mühəndisliyi” kafedrası, Magistrant, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı, Azərbaycan, ORCID: https://orcid.org/0009-0008-9424-5469

Keywords:

Kodlaşdırma, Proqramlaşdırma, Kodlaşdırmada açıq mənbəli resurslar, Oyun əsaslı kodlaşdırma

Abstract

Gələcəyi formalaşdıran əsas alətlərdən biri olan kodlaşdırma, müasir rəqəmsal dövrdə demək olar ki, xarici dil öyrənmək qədər vacib bir bacarıq halına gəlmişdir. İnformasiya texnologiyalarının davamlı inkişafı fonunda kodlaşdırma bacarıqlarının əhəmiyyəti getdikcə artmaqdadır. XXI əsrdə kodlaşdırmanı erkən yaşlardan öyrənməyə başlamaq, məşğulluq imkanlarının genişlənməsi və iqtisadi inkişafın dəstəklənməsi kimi mühüm üstünlüklər təmin edir. Eyni zamanda, kodlaşdırma fərdlərin rəqəmsal transformasiya və texnoloji tərəqqini daha dərindən anlamasına kömək edir. Kodlaşdırmanı öyrənmək fərdlərə yalnız rəqəmsal texnologiyalardan şüurlu şəkildə istifadə etməyə deyil, həm də faydalı texnoloji həllər yaratmağa imkan verir. Kodlaşdırma və hesablama təfəkkürü bacarıqlarının inkişaf etdirilməsi gələcəyə yönəlmiş mühüm investisiya kimi qiymətləndirilir və yalnız texnologiyalardan istifadə edən deyil, eyni zamanda onları yaradan cəmiyyətin formalaşmasını dəstəkləyir. Bu tədqiqat kodlaşdırma təhsilinin əhəmiyyətini vurğulayır və uşaqların interaktiv və oyun əsaslı fəaliyyətlər vasitəsilə kodlaşdırmanı öyrənməsinə imkan yaradan açıq mənbəli platformaları – Scratch proqramlaşdırma dili, Code.org platforması və Google Blockly kimi resursları təhlil edir. Bu platformalar yeni başlayanlar və övladlarına kodlaşdırma öyrətmək istəyən valideynlər üçün faydalı vasitələr kimi təqdim olunur

Published

2026-05-04

How to Cite

Mətanət Həsənquliyeva, & Pərviz Əlizadə. (2026). Gələcəyə yönəlmiş kodlama elmi və onun öyrənilməsi üsulları. Modern Scientific Method, (13). Retrieved from https://ojs.scipub.de/index.php/MSM/article/view/8542

Issue

Section

Technical Science