Orijinal dinləmə materiallarının gücü: BBC sənədli filmləri ilə passiv dil bacarıqlarından aktiv istifadəyə keçid
Keywords:
autentik materiallar, multimodal kontekst, transkript istifadəsi, bacarıqların inteqrasiyası, lüğətin idarə olunmasıAbstract
Bu məqalədə BBC sənədli filmlərinin transkriptləri ilə birlikdə istifadəsinin xarici dil tədrisindəki effektivliyi araşdırılır. Dərsin başlanğıcında effektiv giriş mərhələsinin təşkili şagirdlərin motivasiyasını artırmaqla və dərs prosesinə fokuslanmanı təmin etməklə yanaşı istər tarix, istər biologiya, istərsə də mədəniyyətlərarası inteqrasiyaya xidmət edən mövzular tələbələrin əvvəlki bilgilərinin canlandırılmasında və onları ilkin müzakirəyə təşviq etməkdə əsaslı rol oynayır. Multimodal kontekst – vizual və audio elementlərin sintezi – öyrənənlərin leksik çətinlikləri aşaraq məzmunu başa düşməsinə və aktiv müzakirələrə cəlb olunmasına şərait yaradırdı. Yeni lüğətin idarə olunması üçün dərs zamanı istifadə olunan videolardan dəstəkləyici alıntılar, vizual lüğətin yadda saxlanılmasına və sonrakı istifadəsinə əsaslı töhvə verirdi. Bu strateji yanaşma ilə birinci kurs A2 dil səviyyəli şagirdlərlə aparılan bir aylıq eksperiment nəticəsində dinləmə və oxu kimi passiv bacarıqlarda 20%, yazı və danışıq kimi aktiv bacarıqlarında 15% artım qeydə alındı.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.