BLOCKCHAIN TEXNOLOGİYALARININ TƏCHİZAT ZƏNCİRİNDƏ TƏTBİQİ ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ

Authors

  • Cəfərova Surə Vüqar Azərbaycan Dövlət İqtisad Universiteti, ORCID NO: 0009-0005-5464-3516

Keywords:

təchizat zənciri idarəetməsi, rəqəmsallaşma, innovativ texnologiyalar, rəqəmsal logistika

Abstract

Müasir dövrdə qlobal ticarətin genişlənməsi və təchizat zəncirlərinin mürəkkəbləşməsi nəticəsində məhsulların izlənməsi, məlumatların təhlükəsizliyi və əməliyyatların şəffaflığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan blockchain texnologiyaları təchizat zəncirinin idarə edilməsində innovativ yanaşma kimi çıxış edərək beynəlxalq miqyasda geniş tətbiq olunmağa başlamışdır. Blockchain mərkəzləşdirilməmiş verilənlər bazası kimi fəaliyyət göstərərək məlumatların dəyişdirilməsinin qarşısını alır və bütün iştirakçılar üçün etibarlı informasiya mühiti yaradır.

Bu baxımdan tədqiqatın əsas məqsədi blockchain texnologiyalarının təchizat zəncirinin idarə edilməsində tətbiqi üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bu texnologiyanın təchizat proseslərinin şəffaflığının artırılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və əməliyyatların optimallaşdırılmasına təsirinin qiymətləndirilməsidir. Tədqiqat çərçivəsində müxtəlif ölkələrdə və beynəlxalq şirkətlərdə blockchain əsaslı həllərin tətbiq sahələri, əldə olunan nəticələr və mövcud problemlər təhlil edilmişdir.

Araşdırma nəticələri göstərir ki, blockchain texnologiyalarının təchizat zəncirində tətbiqi məhsulların mənşəyinin izlənməsi, sənədləşmə proseslərinin avtomatlaşdırılması və logistika əməliyyatlarının sürətləndirilməsi baxımından mühüm üstünlüklər yaradır. Smart müqavilələrin tətbiqi vasitəsilə tərəflər arasında etimad səviyyəsi yüksəlir, insan faktoru ilə bağlı səhvlər azalır və əməliyyat xərclərinin optimallaşdırılması mümkün olur.

Published

2026-04-20

How to Cite

Cəfərova Surə Vüqar. (2026). BLOCKCHAIN TEXNOLOGİYALARININ TƏCHİZAT ZƏNCİRİNDƏ TƏTBİQİ ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏ. Modern Scientific Technology, (13). Retrieved from https://ojs.scipub.de/index.php/MSC/article/view/8385

Issue

Section

Economic sciences