Bəzi İngilis dili idiomlarının mənşəyi

Authors

  • Allahyarova Könül Qalib qızı Baş müəllim, ADPU Şəki filialı

Keywords:

idiom, məcazi məna, leksik məna, ifadə, idiomatik, metaforik

Abstract

İdiomlar gündəlik danışıq dilində istifadə olunan ifadələrdir. Onlar adətən məcazi məna daşıyır və danışıq dilini zənginləşdirirlər. İdiomları sözbəsöz tərcümə etdikdə onlar məna kəsb etmirlər. İdiomların hər birinin mənasını cümlələrlə daha asan öyrənmək olur. Bu səbəbdən, onları başa düşməkdə və tərcümə etməkdə hər iki prosesdə bəzi problemlər var. İngilis dilində idiomları anlamaq öyrənicilər üçün çətinliklər yaradır. İdiomlar mənaca gözlənilməz olurlar. Mənalar həmişə qurucu hissələrin hərfi mənalarından fərqlənir. Bir çox idiomatik ifadələr, hissələrin mənaları ilə müstəqil şəkildə ümumi məcazi mənalarına kömək etməklə ayrıla və təhlil oluna bilir. Çox ehtimal ki, ingilis dili öyrənənlər həm ifadədəki sözləri, həm də ifadənin özü ilə tanış deyillər. Adətən, onlar ilk öncə ədəbi səviyyəni analiz edirlər. Məsələn, “climb the walls”- to be uneasy or restless; syn: go bananas bu idiomun mənası “incitmək, narahatlıq yaratmaq” deməkdir. Amma onlar bu ifadənin mənasını “divara dırmaşmaq, banan ağacına çıxmaq” kimi başa düşürlər. Başqa bir misal “cross (one’s) fingures – to hope for luck” yəni şans diləmək deməkdir. Lakin öyrənicilər bu ifadəni “bir adamın sözün əsl mənasında barmaqlarından keçmək” kimi anlayır. Bundan əlavə, hətta idiomlar İngilis lüğətinin ən çətin və maraqlı bir hissəsi kimi nəzərdə tutulur.

Published

2024-07-22

How to Cite

Allahyarova Könül Qalib qızı. (2024). Bəzi İngilis dili idiomlarının mənşəyi. Modern Scientific Technology, (7). Retrieved from https://ojs.scipub.de/index.php/MSC/article/view/3988

Issue

Section

Philological Sciences