Pedaqoji peşəkarlıq və səriştəliliyin mahiyyəti

Authors

  • Mahirə İsrafilova Müəllim, ADPU Şəki filialı

Keywords:

müəllim, təhsil, peşəkarlıq, təhsilin keyfiyyəti, bilik, bacarıq, vərdişlər, səriştəlik

Abstract

Peşəkarlıq və səriştəlilik müəllim üçün xas olan və müəllimi müəllim kimi xarakterizə edən keyfiyyətlər içərisində xüsusi yer tutur. Bu keyfiyyətlərin yüksək olması onu peşəkar, öz işinin ustası kimi tanıtdırır və belə müəllimlərdə yaradıcı pedaqoji təfəkkür, novatorluq, öyrətmək qabiliyyəti və həvəsi güclü olur. Müəllimlik elə bir sənət, elə bir vəzifədir ki, onun adını sadəcə diplom alıb bu sahədə fəaliyyət göstərməklə yüksəltmək olmaz. Yalnız bu sənəti, peşəni sevməklə, ona bağlanmaqla, peşəsi və ixtisası üzrə bilik, bacarıq, vərdişlərini artırmaq və dərinləşdirməklə, öz üzərində daimi çalışmaqla yüksəltmək olar. Bu yüksəlişlə eyni vaxtda müəllim özü də yüksəlir, sevilir və peşəkar müəllim kimi tanınır. Müəllimin peşəkarlığı və səriştəliliyi onun üçün zəruri olan bir çox keyfiyyətlərin sintezindən yaranaraq formalaşır. Bu keyfiyyətlərə yiyələnməyin yol xəritəsi isə pedaqoji peşənin düzgün seçimindən, ona yiyələnmə prosesinin səmərəli təşkilindən başlayır. Müəllim öz üzərində daim işləməklə öz bacarıq və qabiliyyətlərini inkişaf etdirə bilər. Müəllimin zəruri pedaqoji bacarıq və qabiliyyətlərə yiyələnməsi nə qədər vacib məsələdirsə, onu daim inkişaf etdirməsi, artırması və zənginləşdirməsi də bir o qədər vacibdir.

Published

2024-07-22

How to Cite

Mahirə İsrafilova. (2024). Pedaqoji peşəkarlıq və səriştəliliyin mahiyyəti. Modern Scientific Technology, (7). Retrieved from https://ojs.scipub.de/index.php/MSC/article/view/3987

Issue

Section

Philological Sciences