İnformasiya Təhlüksizliyi Modellərinin Müasir İnkişaf İstiqaməti : Süni İntellekt Əsaslı Yanaşmalar
Keywords:
informasiya təhlükəsizliyi, süni intellekt, AI, XAI, RAI, təhlükəsizlik modelləriAbstract
Müasir rəqəmsal transformasiya dövründə informasiya sadəcə texniki vasitə deyil, eyni zamanda strateji bir resursdur. Bu səbəbdən onun təhlükəsizliyinin təmin olunması yalnız dövlətlərin deyil, təşkilatların və fərdlərin də gündəlik prioritet məsələlərindən biri halına çevrilib. Bu tədqiqatın məqsədi informasiya təhlükəsizliyi modellərinin müasir inkişaf istiqamətlərini və süni intellekt əsaslı yanaşmaların bu sahədə tətbiq imkanlarını araşdırmaqdır.
Araşdırmanın obyekti kompüter sistemlərində istifadə olunan təhlükəsizlik modelləri, predmeti isə süni intellekt və son zamanlarda onub inkişafına dair mühüm yanaşmalar olan izah edilə bilən süni intellekt (XAI) və məsuliyyətli süni intellektin (RAI) informasiya mühafizəsinə təsiridir. Tədqiqat əsasən 2018–2025-ci illəri əhatə edən elmi mənbələrin müqayisəli təhlili, sistemləşdirmə və analitik ümumiləşdirmə metodları əsasında aparılıb.
Nəticələr göstərir ki, klassik təhlükəsizlik modelləri müasir kibertəhdidlərin sürətlə dəyişən xarakterinə uyğunlaşmaqda çətinlik çəkir. Əvəzində isə süni intellekt əsaslı yanaşmalar təhlükələrin dinamik bir şəkildə aşkarlanması, davranışların analizi və risklərin qabaqcadan proqnozlaşdırılması baxımından daha səmərəli və effektiv olur. XAI və RAI yanaşmaları isə bu sistemlərə şəffaflıq, etibarlılıq və etik uyğunluq əlavə edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.