Blokçeyn Texnologiyasının İqtisadiyyat və İdarəetmədə Tətbiqi
Keywords:
Blokçeyn Texnologiyası, Kriptovalyutalar, Azərbaycanda blokçeyn texnologiyası, Rəqəmsal təhlükəsizlik, Təchizat zənciriAbstract
Bu məqalədə blokçeyn texnologiyasının əsas prinsipləri, potensialı və iqtisadiyyat və idarəetmədə tətbiq sahələri ətraflı təhlil edilmişdir. Texnologiyanın inkişaf tarixindən başlayaraq, onun maliyyə sektoru, təchizat zənciri, səhiyyə, dövlət idarəçiliyindəki konkret tətbiqləri araşdırılmışdır.
Məqalədə maliyyə sektorunda kriptovalyutalar vasitəsilə yaradılmış inqilabdan bəhs edilmiş, eyni zamanda mərkəzləşdirilməmiş maliyyə (DeFi) xidmətlərinin ənənəvi bank sistemlərinə alternativ kimi inkişafı analiz edilmişdir. Təchizat zənciri idarəetməsində blokçeyn-in məhsul izlənməsini asanlaşdırması və şəffaflığı artırması xüsusi nümunələrlə göstərilmişdir. Bundan əlavə, blokçeyn texnologiyasının tibbi qeydlərin qorunması və təhlükəsiz saxlanması sahəsindəki tətbiqi və dövlət idarəçiliyində şəffaf seçki sistemlərinin yaradılmasında rolu təhlil edilmişdir.
Məqalənin digər mühüm hissəsi Azərbaycanda blokçeyn texnologiyasının mövcud vəziyyətinə və istifadəsinə həsr olunmuşdur. Bu bölmədə ölkədə kriptovalyutaların istifadəsi, dövlət xidmətlərində blokçeyn texnologiyasının tətbiqi üçün aparılan ilkin addımlar və bu texnologiyanın iqtisadiyyata potensial təsiri müzakirə edilmişdir. Xüsusilə, rəqəmsal mülkiyyət hüquqlarının qorunması və yerli biznesdə blokçeyn-in tətbiq imkanları üzərində dayanılmışdır.
Bu təhlillər nəticəsində, məqalə oxuculara blokçeyn-in təkcə indiki deyil, həm də gələcəkdəki potensialını dərk etməyə imkan verir və onun müxtəlif sahələrdə necə tətbiq edilə biləcəyini geniş şəkildə izah edir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.