DevOps Praktikalarının IT Sistemlərinin Performansına Təsiri

Authors

  • Əhmədov Zakir Rövşən oğlu Azərbaycan Dövlət İqtisad Universiteti

Keywords:

DevOps, sistem performansı, Continuous Integration, Continuous Delivery, avtomatlaşdırma, DORA göstəriciləri

Abstract

Bu tədqiqat DevOps praktikalarının informasiya texnologiyaları sistemlərinin performans göstəricilərinə təsirini empirik məlumatlar əsasında araşdırır. Rəqəmsal transformasiya və sürətli bazar dəyişiklikləri şəraitində təşkilatların rəqabət qabiliyyəti onların proqram təminatını sürətli, etibarlı və fasiləsiz şəkildə təqdim etmə imkanlarından birbaşa asılıdır. Ənənəvi inkişaf və əməliyyat modellərində müşahidə olunan koordinasiya problemləri buraxılış gecikmələrinə və sistem sabitliyinin zəifləməsinə səbəb olur. Tədqiqatın məqsədi DevOps yanaşmasının tətbiqi nəticəsində dəyişikliklərin tətbiq müddəti (Lead Time), buraxılış tezliyi (Deployment Frequency), uğursuz dəyişiklik faizi (Change Failure Rate) və bərpa müddəti (Mean Time to Recovery) kimi əsas performans göstəricilərində baş verən dəyişiklikləri müqayisəli şəkildə təhlil etməkdir. Tədqiqatın obyekti müasir İT infrastrukturlarında tətbiq edilən DevOps modelləri, predmeti isə bu modellərin sistem effektivliyinə və idarəetmə proseslərinə təsir mexanizmləridir. Araşdırmada müqayisəli təhlil, sistemləşdirmə və ikinci dərəcəli statistik məlumatların analizi metodlarından istifadə edilmişdir. Məlumat bazasını DORA və “State of DevOps” hesabatları təşkil edir. Əldə olunan nəticələr göstərir ki, DevOps prinsiplərinin tətbiqi sistem mövcudluğunu artırır, tətbiq sürətini yüksəldir, riskləri azaldır və əməliyyat xərclərinin optimallaşdırılmasına imkan yaradır. Tədqiqat DevOps-un yalnız texnoloji deyil, həm də strateji idarəetmə transformasiyası vasitəsi olduğunu əsaslandırır.

Published

2026-03-30

How to Cite

Əhmədov Zakir Rövşən oğlu. (2026). DevOps Praktikalarının IT Sistemlərinin Performansına Təsiri. Interdisciplinary Science Studies, (12). Retrieved from https://ojs.scipub.de/index.php/ISS/article/view/8149