ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ POEMA JANRINDA ƏSƏRLƏRİN TƏDRİSİ METODİKASI

Authors

  • Heybətova Aytən Cəfər Qulu qızı f.ü.f.d., müəllim, ADPU, ORCID ID 0000-0001-5338-7550

Keywords:

metodika, ədəbiyyat, tədris, poema, janr

Abstract

Müasir dünyamızda dərslik artıq yeganə bilik verən mənbə deyil. Fəal/interaktiv təlim müəllim və şagirdin birgə iş aparmasını tələb edir. Kurikulumla hazırlanmış yeni dərslikər, metodik vəsaitlər, lüğətlər və s. bu yolda atılmış uğurlu addımlardır. Hazırlanan yeni dərs komplektləri, istifadə olunan yeni metodlar, İKT vasitələrindən dərs prosesində istifadə olunması və s. ədəbiyyatın tədrisinə də öz müsbət təsirini göstərmişdir.
Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutan poemalar məktəblilərin vətənpərvərlik ruhunda yetişməsində, onların yüksək mənəvi-əxlaqi keyfiyyətlərə yiyələnməsində, bədii estetik zövqlərinin inkişaf etməsində əvəzsiz rol oynayır. Poemalarda qoyulan problemlər, təbliğ olunan məsələlərin böyük bir əksəriyyəti bu gün də öz aktuallığını qoruyub saxlayır. Bu əsərlərdəki dərin ideyalar hər zaman vacib və mühümdür. Məhz buna görə də, bu poemaların tədrisi şagirdlərin mənəvi dünyasını genişləndirmək baxımından çox böyük əhəmiyyət kəsb edir.
Məqalədə poemaların tədrisi zamanı nəzərə alınmalı məsələlərdən bəhs olunur.

Published

2025-12-08

How to Cite

Heybətova Aytən Cəfər Qulu qızı. (2025). ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ POEMA JANRINDA ƏSƏRLƏRİN TƏDRİSİ METODİKASI. Interdisciplinary Science Studies, (11). Retrieved from https://ojs.scipub.de/index.php/ISS/article/view/7296

Issue

Section

Philological Sciences