İNGİLİS DİLİNİN TƏDRİSİNİN TƏTBİQİ TENDENSİYA

Authors

  • Əfsanə Rüstəm qızı Bəşirzadə Azərbaycan Dövlət Pedaqoji Universitinin Şəki filialı, müəllim

Keywords:

tendensiya, araşdırma, öyrənmə, dil, şifahi, yazılı, peşəkarlıq, inkişaf

Abstract

        Müəllim peşəkarlığının artırılmasında və inkişafında qabaqcıl təcrübənin təhlil olunması, öyrənilməsi ilə yanaşı, şəxsi təcrübənin də yayılması əsas amildir. Belə ki, müəllim məqalələr hazırlayıb, nəşr etdirməli, müasir informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə, internet resursları vasitəsilə peşə saytı və proqramları yaradaraq şəxsi təcrübəsini bölüşməlidir. Bunu reallaşdırmaq üçün təhsilverənlərə əlverişli şərait yaradılmalı, məsələn, distant və ya ənənəvi kurslar, təlimlər, konfranslar, seminarlar, müzakirələr, müsabiqələr, olimpiadalar, layihələr, treninqlər təşkil edilməlidir. Belə tədbirlərdə müəllimlərin iştirakı peşəkarlığın artırılmasına xidmət edir. Müasir təhsilə yeni yanaşmalar tədris materiallarının, proqramlarının, metodlarının, yanaşmalarının, texnologiyaların modernləşdirilməsi ənənəvi “peşəkarlığın” da dəyişməsini, müasir tələblərə cavab verməsini tələb edir. Bunun üçün isə hər bir müəllimə özünü inkişaf etdirmək üçün şərait yaradılmalı və dəstək olunmalıdır.(1,45)

Dünyada baş verən davamlı dəyişikliklər fonunda ölkəmizin təhsil sektoru da dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Bu proses ingilis dilinin tədrisinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri edir. Aydındır ki, dərsin XXI əsrin tələblərinə uyğun təşkilində, şagirdlərdə tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq, ünsiyyət, özünü təkmilləşdirmə və özünü inkişaf kimi bacarıqların inkişaf etdirilməsində xarici dil müəllimlərinin rolu danılmazdır. Aparılan elmi araşdırmalara, müşahidələrə əsasən müəllimlərin peşəkar inkişafının daim həyata keçirilməli və davamlı olaraq nəzarət edilməli bir proses olduğu aydın görülür. Tədrisdə peşəkar inkişaf müəllimlərin pedaqoji bilik və bacarıqlarını inkişaf etdirmək, keyfiyyətini artırmaqdır. Tədris metodunu təkmilləşdirmək, keçdiyi mövzulara dair sorğu-sual etmək, özünə inam qazanmaq, öyrənməyi öyrətməyə cəlb etmək, bölüşmək, təsir göstərmək, əməkdaşlıq etmək həm müəllimin, həm də şagirdin fəaliyyətini təkmilləşdirmək və yeni trendlərdən xəbərdar olmaqdır.

Published

2025-12-08

How to Cite

Əfsanə Rüstəm qızı Bəşirzadə. (2025). İNGİLİS DİLİNİN TƏDRİSİNİN TƏTBİQİ TENDENSİYA. Interdisciplinary Science Studies, (11). Retrieved from https://ojs.scipub.de/index.php/ISS/article/view/7288

Issue

Section

Pedagogical Sciences