BANK İNFRASTRUKTURUNDA MƏLUMATLARIN KONFİDENSİALLIĞI VƏ BÜTÖVLÜYÜ MEXANİZMLƏRİ

Authors

  • Arzu İmamverdi qızı Məmmədova dos., Azərbaycan Dövlət İqtisad Universiteti (Unec)
  • Azad Şahin oğlu Əhmədov Azərbaycan Dövlət İqtisad Universiteti (Unec)

Keywords:

informasiya təhlükəsizliyi, məxfilik, kibertəhdidlər, risk idarəetməsi, məlumatların şifrələnməsi, autentifikasiya, bütövlük, əlçatanlıq, rəqəmsal texnologiyalar, bank sistemləri

Abstract

Bank sektorunda məlumatların tamlığının qorunması müştəri inamının  təmin olunması və maliyyə əməliyyatlarının təhlükəsizliyinin önəmli şərtlərindən biridir. Bu məqalədə bank sistemlərində mütəmadi istifadə olunan şifrələmə üsulları — asimmetrik, simmetrik və hibrid kriptoqrafiya yanaşmaları hərtərəfli təhlil olunur. Məlumat bütövlüyünün təminatı üçün elektron imzalar və kriptoqrafik funksiyalarının tətbiqi öyrənilir. Eyni vaxtda, bank sektorunda məlumatların qorunması əsasında beynəlxalq standartlar, həmçinin ISO/IEC 27001 və PCI DSS kimi qaydalar nəzərdən keçirilir. Məqalədə təhlükəsizlik protokollarının tətbiqi ilə bağlı təcrübələr və real bank nümunələri müzakirə olunur. Nəticədə, səmərəli şifrələmə və tamlıq qoruma metodlarının bankların informasiya təhlükəsizliyində əhəmiyyətli rolu vurğulanır, gələcəkdə süni intellekt və kvant hesablama kimi yeni qabaqcıl texnologiyaların tətbiqinin vacibliyi qeyd edilir.

Published

2025-12-08

How to Cite

Arzu İmamverdi qızı Məmmədova, & Azad Şahin oğlu Əhmədov. (2025). BANK İNFRASTRUKTURUNDA MƏLUMATLARIN KONFİDENSİALLIĞI VƏ BÜTÖVLÜYÜ MEXANİZMLƏRİ. Interdisciplinary Science Studies, (11). Retrieved from https://ojs.scipub.de/index.php/ISS/article/view/7286