ŞAGİRDLƏRİN YAZI BACARIQLARININ İNKİŞAFINDA ESSENİN ROLU

Authors

  • Nazxanım İsayeva Etibar qızı Azərbaycan Dövlət Pedaqoji Universiteti, magistrant

Keywords:

Esse, yazı, dərslik, şagird inkişafı, tənqidi düşüncə, analitik bacarıqlar

Abstract

Bu məqalədə esse yazılarının təhsildə rolu və əhəmiyyəti araşdırılmışdır. Müasir dövrdə şəxsi düşüncələrini sərbəst şəkildə ifadə etmək qabiliyyəti intelektual inkişafın əsas göstəricilərindən biri kimi çıxış edir. Esse, yazı formasında yaradıcılıq və subyektiv yanaşmanı ön planda saxlayaraq, müəllifin şəxsi baxışlarını, hisslərini və təcrübələrini ifadə etməyə imkan yaradır. Məqalədə esse janrının müxtəlif növləri – tədviri, nəqli, mühakimə xarakterli və reflektiv esselər haqqında məlumat verilmişdir. Məktəblərdə esse yazılarının şagirdlərin tənqidi və analitik düşüncələrinin inkişafı, yaradıcılıq bacarıqlarının artırılması və dil ifadə qabiliyyətlərinin formalaşdırılması üçün mühüm vasitə olduğu vurğulanmışdır. Məqalənin məqsədi məktəb təhsilində esse yazılarının rolunu və şagirdlərə verdiyi faydaları müzakirə etməkdir. Esse yazı növü şagirdlərin fərdi inkişafını dəstəkləyir, onlara öz fikirlərini strukturlaşdırmaq və onları dəqiq ifadə etmək vərdişi qazandırır. Nəticədə, esse yazıları şagirdlərin akademik biliklərini deyil, həm də düşüncə qabiliyyətlərini inkişaf etdirən effektiv bir vasitə kimi qiymətləndirilir.

Published

2025-01-27

How to Cite

Nazxanım İsayeva Etibar qızı. (2025). ŞAGİRDLƏRİN YAZI BACARIQLARININ İNKİŞAFINDA ESSENİN ROLU. Interdisciplinary Science Studies, (8). Retrieved from https://ojs.scipub.de/index.php/ISS/article/view/5179

Issue

Section

Pedagogical Sciences