Landşaftların estetik və psixo-mənəvi xüsusiyyətlərinin insan sağlamlığına təsirinin qiymətləndirilməsi
Keywords:
landşaft estetikası, psixo-mənəvi təsir, estetik resurslar,mənzərəAbstract
Bu gün landşaftların estetik xüsusiyyətlərinin coğrafi öyrənməsinə maraq kəskin artmışdır. Ərazinin estetik potensialı- cəmiyyətin estetik ehtiyaclarının mənəvi cəhətdən təmin olunmasında bu ərazinin mümkün iştirak dərəcəsi kimi müəyyən edilir. Nə vaxt ki, insan ərazinin estetik xüsusiyyətlərindən məqsədyönlü istifadə etməyə başlayır və ya onların istifadəsinin imkanını anlayır, bu zaman onlar resurslara çevrilir. “Təbii estetik resurslar” – müşahidə edəndə estetik təmin olunmaya səbəb olan bizi əhatə edən bütün təbii mühitdir.
Landşaftların estetik xüsusiyyətlərini landşaftşünaslıq elminin xüsusi tətbiqi istiqaməti öyrənir. Landşaftın estetikası – gözəlliyi təbii və təbii-antropogen landşaftlarının şairanəliyi, onların estetik götürməsinin xüsusiyyətlərini öyrənən landşaftşünaslıq elminin xüsusi istiqamətidir.
Landşaftın estetik görünümü mənzərə adlandırılan onun xarici simasıyla təyin edilir. Estetik və mənəvi- psixoloji cəhətdən təsiretmədə mənzərə və onun ayrı- ayri komponentləri başlıca rol oynayır.