Landşaft dizaynı
Keywords:
landşaft dizayn, memarlıq, davamlı inkişaf, rəng harmoniyası, dizaynAbstract
Məqalədə landşaft dizaynının elmi, praktiki və nəzəri əsasları ətraflı şəkildə təhlil edilmişdir. Araşdırmalar sübut edir ki, landşaft dizaynı yalnız açıq məkanların estetik təşkili ilə məhdudlaşmır, həmçinin ekologiya, torpaqşünaslıq, memarlıq, botanika və şəhərsalma kimi müxtəlif elmi sahələrin qarşılıqlı inteqrasiyasına əsaslanan kompleks fəaliyyət istiqamətidir. Tədqiqat zamanı landşaft dizaynının tarixi inkişaf mərhələləri, kompozisiya prinsipləri və məkanın inkişaf etdirilmə rolu araşdırılmışdır.
Məqalədə landşaft dizaynının sosial, iqtisadi və ekoloji funksiyaları təhlil olunmuş, yaşıllıq sahələrinin insan sağlamlığına təsiri qiymətləndirilmişdir. Həmçinin bitki örtüyünün seçilməsi, relyefin təşkili, torpaq xüsusiyyətlərinin hesaba alınması, iqlim faktorlarının layihələndirilmə mərhələsində əhəmiyyəti müəyyən edilmişdir. Landşaft dizaynında kompozisiya qanunları, forma, tekstura, faktura, rəng palitrası, miqyas və s. məkanın vizual keyfiyyətlərinin formalaşmasında əsas rol oynadığı qeyd edilmişdir.
Tədqiqatların araşdırılması nəticəsində ortaya çıxmışdır ki, müasir dövrdə landşaft dizaynı ekoloji problemlərin həlli, dayanıqlı inkişaf, yaşıl infrasturkturun formalaşdırılması baxımından strateji önəm daşıyır. Yaşıl damlar, ağıllı suvarma sistemləri, şaquli bağlar, yağış bağları, inklüziv dizayn prinsipləri müasir landşaft memarlığının əsas istiqamətləri kimi dəyərləndirilirdi.
Nəticədə, landşaft dizaynının təbiət və insan arasında olan harmonik əlaqənin yaradılmasında, ekoloji bərabərliyin qorunmaslnda və estetik, erqonomik cəhətdən dayanıqlı məkanların yaradılmasında önəmli rol oynadığı nəticəsinə gəlinmişdir
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.